FHN-in itkin düşən əməkdaşının meyiti güllələnmiş halda tapıldı - YENİLƏNİB

11:44 20.08.2024 1 029
FHN-in itkin düşən əməkdaşının meyiti güllələnmiş halda tapıldı - YENİLƏNİB

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

***

Qusarda ötən gün meyiti tapılan 1981-ci il təvəllüdlü Ramik Radik oğlu Əhmədov əvvəllər Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, o, öz arzusu əsasında vəzifəsindən azad olunub.

***

"Qardaşım srağagün öz iti ilə evdən çıxıb meşəyə gedib. Dünən güllələnmiş meyitini tapdıq. Bu gün torpağa tapşırılıb. Kimin güllələdiyini bilmirik, şübhələndiyimiz adam da yoxdur".

Bunu Oxu.az-a açıqlamasında Qusarda bir neçə gündür itkin düşən və dünən meyiti tapılan Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşı Ramik Əhmədovun qardaşı Edik Əhmədov bildirib.

E.Əhmədov qeyd edib ki, qardaşının heç kimlə problem olmayıb:

"O, itini gəzdirməyə aparmışdı. Meşədə yerdən qazılmış, üstüqapalı ev var idi. Qardaşım orada güllələnib, amma meyiti yaxınlıqda tapılıb. İt isə sonradan özü gəlib evə. Ailə və dostları ilə münasibəti qaydasında idi".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO