İsveç Gürcüstan hakimiyyəti ilə birbaşa əməkdaşlığı dayandırır.
Becan.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsveçin xarici ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Benyamin Dousa deyib.
“Söhbət digər məsələlərlə yanaşı, mövcud şəraitdə yersiz hesab etdiyimiz vergi orqanları arasında əməkdaşlıqdan gedir”, - nazir bildirib.
Onun sözlərinə görə, Tiflis yenidən AB-yə yaxınlaşacağı təqdirdə İsveç hökuməti əməkdaşlığı bərpa edə bilər.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu 53.93 faiz səslə qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif koalisiya, o cümlədən Prezident Zurabişvili seçkinin saxtalaşdırıldığını bildirərək, nəticələri tanımaqdan imtina edib.