Fars rejiminin “dostluğu” erməni düşmənçiliyindən təhlükəlidir

23:14 27.01.2023 1 635







Seymur ƏHMƏD








Ağlım kəsəndən erməniləri ciddi düşmən saymamışam. Çünki ermənilər nə qədər fürsətbaz, kələkbaz, torpaqbaz və qəddar olsalar da, azdılar, zəifdilər, möhtacdılar. Onların əlinə dəyənək verən, arxalarından qabağa itələyən olmasa, Azərbaycan Xalqının, Türk Millətinin qarşısında müti bir qövmdilər. Onların əlinə dəyənək verənlərisə, millət olaraq, yüz illərdi yaxşı tanıyırıq – İran, Rusiya, Fransa... kimi işğalçı, təxribatçı rejim ölkələri! Əsrlər boyu biz humanistliyimizdən yorulmadıq, onlar xainliklərindən əl çəkmədilər!..

Hazırda Rusiyanın Qarabağdakı “erməni dayılığı”, Fransanın, ABŞ-ın “erməni hamiliyi”, İranın “erməni sevgisi”, məncə, bizdə təəccüb doğurmamalıdır. Bu, birinci-üçüncü-beşinci dəfə deyil axı, mininci, milyonuncu dəfədir! Bizim ən çox ehtiyatlanmalı olduğumuz ölkələr də, məhz, hayları dəmləyib-yemləyib, üstümüzə qısqırdanlardır!

Fars rejimləri tarixən Türkün düşməni olub. Qırx milyonluq soydaşımızı iki yüz ilə yaxındır əsarət altında saxlayıb, dilini, adət-ənənəsini, maddi-mənəvi-tarixi dəyərlərini məhv eləməklə məşğuldu! Buna nə dərəcədə nail olub, bu, ayrı mövzudu. Fakt - İran adlanan məmləkətin siyasi rejimi əsrlərdi bizimlə düşmən mövqedədir! Qarabağ savaşlarında İran hakimiyyəti, hərtərəfli olaraq, Ermənistana gizli və aşkar şəkildə köməkliklər göstərib. Bir ay əvvəl İran ordusu, Zəngəzur dəhlizinin açılmaması naminə, sərhədlərimizin demək olar üstündə, Azərbaycana güc nümayiş elətdirirdi. Bu, həm də o deməkdir ki, fars rejimi ən azından Cənubi Azərbaycan faktoruna görə, heç vaxt bizə dost, erməniyə düşmən olmayacaq!

Tarixi nəticələrə rəğmən, bu gün İranın mərkəzində Azərbaycan səfirliyinə silahlı basqın olması, səfirlik mühafizəsinin qətlə yetirilməsi bizdə təəccüb doğurmamalıdır. Dörd aydır İranda baş verən haqlı xalq narazılığını yatırmaq məqsədilə, qoca-cavan-qadın-uşaq bilmədən, öz əhalisinin boğazına kəndir keçirdib, dar ağacından asan insanlıq cinayətkarı olan bir siyasi rejim, əlbəttə, düşmən bildiyi bir ölkənin nümayəndələrini, gözünü qırpmadan, güllələyər də, imkanı olsa, ət maşınından da keçirdər! Gözünü qan pərdələmiş bir rejimdən adi insanlıq keyfiyyəti gözləmək, sadəlövhlük olar.

Fars rejiminin “dostluğu” erməni düşmənçiliyindən təhlükəlidir
Əlbəttə ki, dövlətmizin siyasət yönəticiləri acımasız terror aktına görə, molla rejiminə gərəkən siyasi təpgiləri göstərir, notalar göndərir, caninin layiqli cəzasına çatdırılmasını tələb eləyir və bunlar, yəqin ki, son nəticəyə qədər səngiməyəcək. Amma, fikrimcə, diplomatik məkanı qoruyan Azərbaycan oğlunu qətlə yetirən qatil Azərbaycan dövlətinin mühakiməsinə verilməlidir, - əgər bu qanlı cinayətdə İran hakimiyyətinin doğrudan da əli yoxdursa! Ən yaxşı halda, məhrumiyyətlərə görə hakimiyyətə etiraz eləyən insanların boğazına kəndir keçirdən molla rejimi, səfirliyimizə silahlı basqın eləyən qatili dərhal və aşkarcasına dara çəkməlidir. Və bunu tələb etmək Azərbaycanın haqqıdır, çünki səfirlik ərazisi təmsil etdiyi ölkənin ərazisi sayılır. Bu mənada, İran vətəndaşı ölkəsi adından Azərbaycana soxulmuş və qanlı cinayət törətmiş sayılır.

Qatilin əlində Rusiya istehsalı olan “kalaşnikov” avtomatının olması isə, məncə, iz azdırmaq, məsuliyyəti uzaqlaşdırmaq məqsədi daşıyır. Çünki, inandırıcı görünmür ki, Rusiya İranla Azərbaycan arasındakı onsuz da soyuqlaşmış münasibətləri daha da gərginləşdirmək məqsədilə açıq hədəfdən istifadə eləsin. Rusiyanın katalizatorluğu bunca sadə olmaz.

Azərbaycan açıq düşmən mövqeyində duran fars rejimi ilə bütün əlaqələri kəssə, düşünürəm ki, yerinə düşər və çox şey itirməz. Heç olmasa, gözlənilməz təhlükələrdən və narkotik vasitələrin gizli yollarla ölkəmizə soxuşdurulmasından bir qədər uzaq olarıq. İndiki durumda İran “kor ilan” qədər təhlükəli görünür!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}