“Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb:
“Amma tam dayanıb. Orada səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı bizim 5 nəfər və müəyyən əməkdaşlar qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”.Becan.az