Heydər Əliyev İzmirdə də anılıb - FOTOLAR

21:48 13.12.2025 798
Heydər Əliyev İzmirdə də anılıb - FOTOLAR

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev vəfatının 22-ci ildönümündə İzmirdə təşkil olunan iki günlük anım proqramı ilə hörmət, rəhmət və minnətdarlıqla yad edilib. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən birgə təşkil olunan tədbirlər geniş iştirak və duyğulu anlara səhnə olub.

Karşıyakada rəsmi anım mərasimi

Anım proqramının ilk günü İzmirin Karşıyaka rayonunda yerləşən Heydər Əliyev Parkında keçirilib. Parkdakı Heydər Əliyev büstünə çələng və gül dəstələri qoyulub, ardından Karşıyaka Bando Takımı müşayiəti ilə sayğı duruşu edilib; həm Türkiyə, həm də Azərbaycanın milli marşları səsləndirilib.

Bu mərasimdə Karşıyaka Bələdiyyəsinin dəstəyi də önəmli rol oynayıb. Bələdiyyənin təmin etdiyi texniki imkanlar, məkanın təşkili və logistika dəstəyi sayəsində tədbir yüksək səviyyədə və nizam-intizamla keçirilib. Rəsmi şəxslər Karşıyaka Bələdiyyəsinin dəstəyi ilə Heydər Əliyevin anım mərasiminin daha böyük və təşkilatlı şəkildə həyata keçirildiyini bildiriblər.

Tədbirə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərliyi, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, QHT nümayəndələri, siyasi partiya rəhbərləri, akademiklər və çox sayda vətəndaş qatılıb. Çıxışlarda Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğu və Azərbaycan–Türkiyə dostluğunu strateji dövlət siyasətinə çevirdiyi vurğulanıb.

İkinci Gün: Dualar, ehsan süfrəsi və mənalı çıxışlar

Anım proqramının ikinci günü isə Heydər Əliyevin ruhuna duaların oxunduğu və ehsan süfrəsinin təşkil olunduğu mənəvi bir mühitdə keçirilib. Bu mərasimdə Heydər Əliyevin siyasi mirası, dövlət adamlığı və Türk dünyasına qoyduğu dəyərli töhfələr barədə geniş çıxışlar edilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Başkan Yardımcısı Pərviz Məmmədzadə Heydər Əliyevin böyük siyasətçi və güclü dövlət xadimi olduğunu qeyd edərək, müasir və müstəqil Azərbaycanın əsaslarının onun rəhbərliyi ilə qoyulduğunu vurğulayıb.

İzmir-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Başkanı Əşrəf Tuna tədbirə qatılan hər kəsə təşəkkür edərək, bu gün Azərbaycanın bölgədə söz sahibi dövlətə çevrilməsində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini qeyd edib.

Bilkent Universiteti müəllimi və Azərbaycanlı Alimlər Dərnəyi Başkanı Prof. Dr. Əmrullah Məmmədov Heydər Əliyev ilə bağlı xatirələrini paylaşaraq, onun Dağlıq Qarabağ məsələsində beynəlxalq arenada sərgilədiyi möhkəm və qətiyyətli mövqeyindən danışıb. Məmmədov həmçinin 1970-ci illərdə Türkiyənin çətin dövründə Heydər Əliyevin verdiyi siyasi və diplomatik dəstəyə diqqət çəkib.

Dokuz Eylul Universiteti müəllimi Prof. Dr. Gülmira Kuroğlu Heydər Əliyevin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün yol göstərən bir lider olduğunu vurğulayaraq, bu günkü Azərbaycanın siyasi və institusional əsaslarının onun vizyonu sayəsində formalaşdığını bildirib.

Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Başkanı Qaffar Hangül isə çıxışında Heydər Əliyevin Azərbaycanı güclü dövlətə çevirən lider olduğunu qeyd edib. Hangül Heydər Əliyevin Türkiyə–Azərbaycan həmrəyliyini sözə deyil, dövlət siyasəti səviyyəsinə gətirdiyini vurğulayıb və bu mirasın qorunmasının, gələcək nəsillərə ötürülməsinin hər kəsin ortaq məsuliyyəti olduğunu deyib.

Prof. Dr. İskender Askeroğlu isə Heydər Əliyevin böyük həvəslə dinlədiyi şair Bəxtiyar Vahabzadənin bir şeirini səsləndirərək mərasimə ədəbi və duyğulu bir məna qatıb.

Roza İbadova Kocamazdan duyğulu təqdimat

İki gün davam edən mərasimin aparıcılığı həm Azərbaycanda, həm də Türkiyədə tanınan sənətçi Roza İbadova Kocamaz tərəfindən həyata keçirilib. Kocamaz Karşıyakadakı rəsmi mərasimdə və ikinci gün ehsan mərasimində Heydər Əliyevin sevdiyi Azərbaycan şeirlərini səsləndirərək iştirakçılara duyğulu anlar yaşadıb.

Sinevizyon və ortak duyğular

Tədbirin sonunda Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini və Azərbaycan dövlətinə qazandırdıqlarını əks etdirən sinevizyon nümayişi keçirilib. Daha sonra mərhum liderin çox sevdiyi “Küçələrə su səpmışəm” adlı mahnı iştirakçılar tərəfindən birgə səsləndirilib.

İzmirdə keçirilən bu iki günlük anım proqramı Heydər Əliyevin fikir və dövlət anlayışının, həmçinin Azərbaycan–Türkiyə həmrəyliyinə verdiyi strateji töhfənin, illər keçməsinə baxmayaraq, canlılığını qoruduğunu bir daha göstərib.















Nigar ÖGEDAY ABDULLAZADƏ
(Şəkillər Cövdət Laçınqayaya məxsusdur)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}