“Azəriqaz”, yoxsa “Azərqaz”? – Alimdən deputatın iradına CAVAB

15:13 23.01.2026 469
“Azəriqaz”, yoxsa “Azərqaz”? – Alimdən deputatın iradına CAVAB

Xəbər verdiyimiz kimi, deputat Səyyad Aran bildirib ki, “Azəri” sözünün azərbaycanlılara heç bir aidiyyəti yoxdur və bu adın dövlət qurumunun adına verilməsi yanlışdır.
“Bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərişıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri” sözünün bizə dəxli yoxdur. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, – deyə o bildirib.


Bəs bu məsələ ilə bağlı dilçi alimlər nə düşünür?

Mövzu ilə bağlı Bakupost.az-a danışan ADPU-nun filologiya fakültəsinin dosenti, dilçi alim Elşad Abışov bildirib ki, tarix mənbələr əsasən, ərəblər Azərbaycana gələnədək həm Şimali, həm də Cənubi Azərbaycan ərazisində yaşayan toplum bütövlükdə türk kimi tanınıb:


“Bu fakt həm yunan-roma mənbələrində, həm Suriya mənbələrində, həm də qədim ərəb mənbələrində birmənalı şəkildə öz əksini tapıb.

“Azəri” sözü isə ərəblər Azərbaycanı işğal etdikdən sonra xalqımıza verilən addır. Mənbələrdə açıq şəkildə göstərilir ki, ərəblər Azərbaycanı işğal edərkən ərəb xəlifəsi öz əyanlarından soruşur ki, “Bu Azərbaycan haradır?” Ona cavab verirlər ki, Azərbaycan ta qədimdən türklər ölkəsidir.
Məlumat üçün qeyd edim ki, ərəblər Azərbaycana gələnə qədər Kürdən şimaldakı torpaqlar Albaniya, Kürdən cənubdakı ərazilər isə Atropatena adlanırdı. Ərəblər Azərbaycanı işğal etdikdən sonra Atropatena və Albaniyanı birləşdirərək bütövlükdə “Azerbayqan” adlandırdılar. Yəni ərəblər işğaldan sonra yaşadığımız ərazini “Azerbayqan”, dilimizi “azəri dili”, xalqımızı isə “azəri”, yəni ərəbcə “əl-azəriyyə” (azəri xalqı) adlandırdılar”.


Alimin sözlərinə görə, bu anlayışdan istifadə edən farsdilli mənbələr sonradan azərbaycanlıları fars mənşəli xalq kimi təqdim etməyə çalışıblar:

“Onlar iddia irəli sürdülər ki, azərilər İranda yaşayan farsdilli xalqdır. Bu iddia ilə Azərbaycan türklərini öz milli kimliyindən uzaqlaşdırmağa çalışdılar. Buna baxmayaraq, ərəblər xalqımızı “azəri” adlandırsalar da, bu ad daha çox yuxarı, hökumət dairələrində işlədilirdi. Xalqın öz içində isə insanlar özlərini yenə də türk adlandırırdılar. Bu, bu gün də Cənubi Azərbaycanda belədir. Bu gün Cənubi Azərbaycanda təxminən 40 milyon Azərbaycan türkü yaşayır və onlar özlərini türk adlandırırlar”.

Elşad Abışov qeyd edib ki, ruslar da müxtəlif dövrlərdə azərbaycanlıları fərqli adlarla - əvvəl “tatar”, daha sonra isə “azəri” kimi təqdim ediblər. Sovet hakimiyyəti qurulduqdan sonra milliyyətimiz mənbələrdə “azərbaycanlı” kimi təsbit olunub.

Dilçi alim televiziya məkanındakı dil problemlərinə də toxunaraq bildirib ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var:

“Birinci səbəb televiziya işçilərinin Azərbaycan dilinin imkanlarını kifayət qədər bilməməsi, yəni peşəkarlıqdan uzaq olmalarıdır. İkinci səbəb isə jurnalistlərin, jurnalist olsalar da, Azərbaycan ədəbiyyatından uzaq düşmələridir. Bu problemin həlli üçün ilk növbədə televiziyalara peşəkar jurnalistlər cəlb edilməlidir. Eyni zamanda həmin şəxslərin Azərbaycan dilinin söz ehtiyatına və lüğət tərkibinə dərindən bələd olmaları əsas şərt olmalıdır.

Səyyad Aranın “Azəriqaz” fikrinə gəlincə, mən də düşünürəm ki, “Azərişıq”, “Azərsu” kimi adlar “Azərbaycan” sözünün qısaldılmış formasıdır. Bu, haqlı iraddır və “Azəriqaz” yox, “Azərqaz” formasının işlədilməsi daha məntiqli olardı”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}