MİDA-nın yeni yaşayış binası küləyə dözmədi

15:08 4.02.2026 693
MİDA-nın yeni yaşayış binası küləyə dözmədi

Yasamal rayonu, MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb.

Becan.az Sfera.az-a istinadən xəbər verir ki, artıq 3 ildir istismara verilmiş binada ciddi təhlükəsizlik problemi qeydə alınıb.

Belə ki, MİDA-2 Yaşayış Kompleksinin 19-cu binasının fasad örtüyü güclü küləyin təsiri nəticəsində qoparaq bina ərazisinə səpələnib.

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin qopan üzlük hissələrinin avtomobillərin üzərinə düşməsi nəticəsində nəqliyyat vasitələrindən birinə maddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, hadisə daha ağır nəticələrə yol aça bilərdi və bu cür vəziyyət xüsusilə küləkli havalarda ərazidə yaşayan insanlar üçün real təhlükə yaradır.

Yaşayış kompleksində yaşayan vətəndaşlar bildirirlər ki, bina nisbətən yeni olmasına baxmayaraq, fasad elementlərinin bu qədər qısa müddətdə sıradan çıxması tikintinin keyfiyyəti və təhlükəsizlik standartlarına əməl olunub-olunmaması ilə bağlı ciddi suallar doğurur. Onların sözlərinə görə, oxşar problemlərin digər binalarda da baş vermə ehtimalı narahatlıq yaradır.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların təcili araşdırma aparmasını, binanın texniki vəziyyətinin yoxlanılmasını və mümkün risklərin aradan qaldırılmasını tələb edirlər.

Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar Mənzil İnşaat Dövlət Agentliyinə rəsmi sorğu ünvanlamışıq. Qarşı tərəfin mövqeyi və açıqlaması olduğu təqdirdə, ictimaiyyətə təqdim ediləcək.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO