Böyük Britaniya hökuməti İrandakı diplomatik missiyalarının əməkdaşlarını geri çağırmaq barədə qərar qəbul edib.
Becan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında dərc olunub.
Məlumatda bildirilib ki, bu müvəqqəti ehtiyat tədbiridir və təhlükəsizlik məqsədilə qəbul edilib.
"Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar biz preventiv tədbir gördük və britaniyalı əməkdaşları İrandan müvəqqəti geri çağırdıq", - deyə qeyd olunub.