Tarixini bilməyənin gələcəyi qaranlıq olar

22:58 7.02.2023 3 447
Göytürk Xaqanlığı (552-744)

Tarixini bilməyənin gələcəyi qaranlıq olar

(IV hissə)

Qərbi Göytürk xaqanlığı

Tardu xaqanın ilk illəri və hakimiyyəti

...Tardu xaqan müstəqilliyini elan etdikdən sonra özünə tabe olan əraziləri genişləndirərək, hakimiyyətini gücləndirdi. Qərbi Göytürk xaqanlığının sərhədləri Qərbi Tibetdən Krıma qədər genişlənmişdi. Tardu xaqan Bizansla müharibələrdə zəifləyən Sasanilərlə mübarizəsi nəticəsində, hətta, bu dövlətin daxili işlərinə qarışa bilirdi. Tardu xaqan hakimiyyətini möhkəmləndirdikdən sonra, əsas məqsədi Şərqi Göytürk Xaqanlığını da özünə tabe etmək və Çini təzyiq altında saxlamaqdı. Tardu xaqan məqsədini həyata keçirmək üçün Çinə qarşı yürüşə başladı, lakin məğlub oldu. Bu məğlubiyyətdən sonra, Tardu xaqan zəiflədi. Tardu xaqanın ölümündən sonra hakimiyyətə oğlu Taman xaqan keçdi.

Taman xaqanın hakimiyyəti (603–611)

Taman xaqan Tardu xaqandan sonra hakimiyyətə keçmişdi. Taman xaqan Tardu xaqanın əksinə olaraq, Çinlə yaxşı münasibətlər qurmağa çalışdı. Taman xaqan hakimiyyətə kiçik yaşlarında keçmişdi və onun kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq, onun ordularını məğlub etdi. Daha sonra, 610-cu ildə Taman xaqana qarşı üsyan baş verdi.
Yanq Soux Teginin oğlu Şekuy yeni xaqan elan olundu. Taman xaqan Çinə qaçdı. Bu vəziyyətdən narahat olan Şərqi Göytürk Xaqanlığının hökmdarı Şibi xaqan Taman xaqanı Çindən aldı və öldürdü. Taman xaqanın hakimiyyəti illəri Qərbi Göytürk Xaqanlığının zəifləyərək, dağılmağa başladığı dövrün başlanğıcı hesab olunur.


Şekuy xaqanın hakimiyyəti (611–618)

Şekuy xaqan Taman xaqandan sonra hakimiyyətə keçdi, amma onun dövrü ciddi bir hadisə ilə yadda qalmadı. Qısamüddətli hakimiyyətində Şekuy xaqan artan Çin təsirindən qurtula bilməsə də, Çinlə münasibətlərdən uzaq qalmağa çalışdı. Hakimiyyəti illərində Şibi xaqanla müharibələr apardı. Şekuy xaqan 618-ci ildə öldü.

Tonq Yabqu xaqanın hakimiyyəti (618–628)

Tonq Yabqu xaqan Tardu xaqanın kiçik nəvəsi idi. Tonq Yabqu xaqanın hakimiyyəti illərində Qərbi Göytürk Xaqanlığı Çində baş verən daxili münaqişələr nəticəsində müstəqil siyasət yürütməyə başlamışdı. Tonq Yabqu xaqanın dövrü Qərbi Göytürk Xaqanlığının ən güclü dövrü hesab olunur. O, ordudakı nizamsızlıqları aradan qaldıraraq, tölöslərin qaldırdığı üsyanları yatırdı. Onun hakimiyyəti illərində Tan sülaləsi ilə də yaxşı münasibətlər qurulmuşdu. Tonq Yabqu xaqan Tan sülaləsindən olan şahzadə ilə evlənmişdi. O, Sasanilərə qarşı Bizansla müttəfiq olmuşdu. Müttəfiq qüvvələrinin hücumları nəticəsində Sasanilər üzərində mühüm qələbələr əldə olunmuşdu. 628-ci ildə Tonq Yabqu xaqanın ölümündən sonra Qərbi Göytürk Xaqanlığı zəifləyərək, süqut mərhələsinə qədəm qoydu.
Xəzər xaqanlığının yaranmasında Tonq Yabqu xaqanın rolu olmuşdu. Onun hakimiyyəti illərində Qafqazın şadı, yabqusu və tudunu olan Böri Şad Tonq Yabqu xaqan öldükdən sonra, müstəqil siyasət yeritməyə başladı və Xəzər Xaqanlığının əsasını qoydu.

Si Yabqu xaqanın hakimiyyəti (631–633)

Si Yabqu xaqan Tonq Yabqu xaqanın oğlu idi. O, hakimiyyətə Nuşibilərin dəstəyi ilə gəlmişdi. Onun hakimiyyəti illərində Qərbi Göytürk Xaqanlığı zəiflədi və ölkədə Çinin təsiri yenidən artdı. Si Yabqu xaqan Tonq Yabqu xaqanın dövründə olan birliyi yenidən təmin edə bilmədi. Bu səbəbdən Nuşibi qolunun istəklərini qarşılaya bilmədi və onlar tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Si Yabqu xaqan qanqlıların yanına qaçdı və Bəlx şəhərində öldü.


Qərbi Göytürk Xaqanlığının zəifləməsi və süqutu

Si Yabqu xaqanın ölümü və Şərqi Göytürk xaqanlığının süqutundan sonra Qərbi Göytürk Xaqanlığı Çinin hədəfinə çevrildi. Si Yabqu xaqandan sonra hakimiyyətə Nişa Tulu xaqan keçsə də, o, bir ildən sonra xəstələnərək öldü. Nişa Tulu xaqandan sonra hakimiyyətə qardaşı İşbara Teriş xaqan gəldi. Onun hakimiyyəti illərində Çinin təsiri daha da artdı və tayfalar üsyan qaldırdı. Bu qarışıqlığı fürsət bilən Çin ordusu xaqanı öldürdü. İşbara Teriş xaqanın ölümündən sonra şərqdə Nuşibilərin dəstəklədiyi Xallıq İşbara Yabqu xaqan, qərbdə isə Tuluların dəstəklədiyi Şərqi Göytürk Xaqanlığından olan İllig xaqanın oğlu Yükük şad hakimiyyətə gəldi. Bir neçə il sonra Xəzər xaqanı İrbis Şekuy xaqan da özünü Qərbi Göytürk xaqanı elan etdi. Xallıq İşbara Yabqu xaqan və Yükük şad arasında gedən mübarizədən sonra 638-ci ildə “İli çayı sülhü” imzalandı. Bu sülhə görə İli çayının şimalı Yükük şad və onu dəstəkləyən Tulu tayfalarına, cənubu isə Xallıq İşbara Yabqu xaqan və onu dəstəkləyən Nuşibi tayfalarına verildi. Buna baxmayaraq, bu sülh uzun müddət davam etmədi. 642-ci ildə Tulu tayfaları Yükük şadı dəstəkləməkdən əl çəkdi və bunu fürsət bilən Nuşibilər Yükük şadı məğlub etdilər. Yükük şad Kunduz şəhərinə qaçdı və orada da öldü.

Bəzi tarixçilər tərəfindən ilk Xəzər xaqanı olduğu iddia olunan İrbis Şekuy xaqan da hakimiyyətə iddialı idi, amma 650-ci ildə Xallıq İşbara Yabqu xaqan tərəfindən öldürüldü. Xallıq İşbara Yabqu xaqan isə hakimiyyətini 657-ci ilə qədər davam etdirə bildi. O, hakimiyyəti illərində Çinə qarşı mübarizə aparmağa çalışdı. Türkeş və qarluqları ətrafında birləşdirməyə nail olsa da, Çinlə mübarizədə uğur qazana bilmədi. Xallıq İşbara Yabqu xaqan əsir alınaraq, Çanqana gətirildi və beləliklə, Qərbi Göytürk Xaqanlığı süqut etdi.


İkinci Göytürk Xaqanlığı

Şərqi və Qərbi Göytürk xaqanlıqlarının süqutundan sonra Göytürklər Çin əsarətinə düşdülər. Bu əsarət 680-ci ilə qədər davam etdi. Çin əsarəti illərində müxtəlif türk topluluqları öz varlıqlarını qoruyaraq, davam etdirdilər. 680-ci ildə Qutluq İlteriş xaqan Çin əsarətindən xilas olaraq, İkinci Göytürk Xaqanlığının əsasını qoydu. İkinci Göytürk Xaqanlığı başqa adla “Qutluq Xaqanlığı” olaraq da tanınır.

İlteriş xaqanın hakimiyyəti (680–691)

680-ci ildə Aşina soyundan olan Qutluq Çinə üsyan edərək, İkinci Göytürk Xaqanlığının əsasını qoydu. Qısa müddət ərzində Ötükeni xaqanlığın mərkəzi edərək, ölkəni nizama saldı. Daha sonra, ordusunu gücləndirdi, yeni siyasət və strategiyalarını müəyyənləşdirdi. Bu səbəbdən də “dövləti toplayan, nizamlayan” mənasını verən “İlteriş” adını götürdü. Onun hakimiyyəti illərində uzun müddət əsarət altında qalan türk topluluqları yenidən bir bayraq altında birləşdi. İlteriş xaqanın ordularının təzyiqi nəticəsində Çinə ağır zərbələr vuruldu. Çinə olan bir yürüşündə 23 şəhəri ələ keçirib, okeana qədər irəlilədiyi Çin mənbələrində də qeyd olunmuşdur. İlteriş xaqanın ölümündən sonra, qardaşı Qapağan xaqan hakimiyyətə keçdi...

(Ardı var)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}