Bakı əhli Türkiyəyə yardım üçün axışır - VİDEO+FOTO
Cəmiyyət
23:467.02.2023 675
Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası başladılıb.
Gecə saatları olmasına baxmayaraq, paytaxtda yardım kampaniyası davam edir.
Belə ki, Bakı sakinləri yardımların toplandığı “Doğtaş” mebel mağazasına doğru axışır. Bu səbəbdən mağazanın yerləşdiyi Babək prospektində güclü tıxac yaranıb.
Bunu ənənəvi tıxaclardan fərqləndirən isə odur ki, bu, yardım tıxacıdır. Hətta, bəzi vətəndaşlar avtomobillərini olduqca kənarda saxlayıb, yardımlarını əllərinə alaraq, qeyd olunan ünvana doğru hərəkət edirlər.(Qafqazinfo)