"Çarlinin vəhşi gülüşü" - Fransanın bədnam nəşri Türkiyədə zəlzələ xəbərini belə qarşıladı...

13:09 8.02.2023 1 382
"Çarlinin vəhşi gülüşü" - Fransanın bədnam nəşri Türkiyədə zəlzələ xəbərini belə qarşıladı...

Türkiyə tarixin ən dəhşətli zəlzələlərindən birinin on minlərlə qurbanının ölüsünü-dirisini dağıntılar altında axtarmaqla məşğulkən, hətta qeyri-dost ölkələr düşmənçiliyi unudub yardıma tələsirkən, Fransanın “Charlie Hebdo” (“Gündəlik Çarli”) nəşri bu dəhşətli faciəni vəhşi bir gülüşlə qarşılayır. Fevralın 7-də jurnal “Türkiyədə zəlzələ” adlı karikatura dərc edərək, ona belə başlıqaltı qoyub: “Bizim heç tanklar göndərməyimizə də ehtiyac yoxdur”.

Satirik dərginin iyrənc gülüşünü, hətta Fransanın özündə əksəriyyət qəzəblə qarşılayib. Keçmiş polis, 2002-2011-ci illərdə iki dövlət başçısının cangüdəni işləmiş Aleksandr Boisson yazır: “Mənim həmkarım Frank Brinsolara sizi müdafiə etmək üçün həyatından keçib. Əgər, sizin qələminiz yeni qurbanlara səbəb olacaqsa, nifrət yaratdığınız üçün məhkəmə qarşısında cavab verməli olacaqsınız”.

“Sizə terror hücumu olanda, mən, Parisdə idim, sizə dəstək nümayiş etdirərək, yürüşə qoşulmuşdum. Amma mənəviyyatsızlığınızı görəndə, üzüldüm. Minlərlə insan dağıntılar altında hələ sağdır”, – türk əsilli fransız İgit Önger twittet hesabında etirazını bildirib.

Fransalı politoloq Fransua Burqa isə Türkiyənin Anadolu agentliyinə belə bir şərh verib: “Bu, biabırçılıqdan başqa bir şey deyil”.

2015-ci ilin yanvarında Məhəmməd peyğəmbərin karikaturasını çəkdiyinə görə, Kuaşi qardaşları “Charlie Hebdo”nun redaksiyasına basqın edəndə, söz və ifadə azadlığının müdafiəçiləri “Biz hamımız Çarliyik” şüarı altında Paris küçələrinə tökülmüşdülər. Bir sıra ölkə liderləri əl-ələ verib, yürüşün önündə gedirdilər.

İndi onlar dəstək verdikləri şovinist nəşrin bu insanlıqdan kənar hərəkətini də müdafiə etmək üçün söz tapacaqlarmı? Avropanın, o cümlədən Fransanın nifrət yayan çıxışlara qarşı qanunvericiliyi bu aşkar “media vandalizmi” aktına görə nəşri cəzalandırmaq üçün tətbiq olunacaqmı? Karikatura onlayn-resurslardan sildiriləcəkmi?

Fransa siyasətinin illərdir körüklənən antitürk əhval-ruhiyyəsini nəzərə alsaq, bu suallara müsbət cavab vermək çətindir. Ancaq vicdan və mərhəmət hissini itirməmiş insanlar öz hökmlərini çıxarırlar. “Bu dəfə müdafiənizə qalxanlar çox olmayacaq, – deyə, yerli oxuculardan biri redaksiyanı kəskin qınayır. – Siz artıq bütün hədləri keçmisiniz”.(pressklub)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}