Contact.az: "10 gün əvvəl Qarabağ separatçılarının “prezidenti” Araik Arutyunyan Rusiyaya gedib, burada müxtəlif rəsmi səviyyələrdə görüşlər keçirib, Rusiyanın Qarabağla bağlı mövqeyini müzakirə edib. O, 4 gün əvvəl geri qayıdıb.
Bundan sonra, separatçı qurumun “dövlət naziri” Ruben Vardanyan Moskvaya gedib. O, hələ də Moskvadadır və orada eyni məsələləri müzakirə edir. Bu barədə çərşənbə günü Ermənistanın “Qrapark” nəşri xəbər verib.
Qeyd edək ki, Arutyunyan və Vardanyanın Bakıdan xəbərsiz Qarabağdan neçə çıxdığı hələlik aydın deyil."
Bildirək ki, bir gün əvvəl Azərbaycan mediası R.Vardanyanın Rusiya sülhməramlılarının yük maşınları vasitəsilə Xankəndidən gizlincə qaçdığı barədə məlumat yayıb.
Becan.az