Məlum olduğu kimi, 7 fevral axşamından ölkə ərazisində havanın temperaturu yenidən aşağı düşüb, yağıntılar müşahidə olunur.
Azərbaycanın Aran rayonlarına və Abşeron yarımadasına yağış yağsa da, dağətəyi və dağlıq rayonlara qar yağdığı bildirilir. Sinoptiklərin məlumatına görə, belə hava şəraitnin ayın 11-dək davam edəcəyi gözlənilir.
Becan.az-ın əldə etdiyi fotogörüntülərdən məlum olur ki, Şamaxı rayonu da ağ örpəyə bürünüb. Qarın yaratdığı könül açan mənzərələri, ovqatları xoş olsun deyə, oxucularımıza da təqdim edirik: