Xoşqədəm Hidayətqızı xəstə uşaq üçün yığılan müalicə pulunu niyə verməyib? – VİDEO

22:59 16.02.2023 2 164
Xoşqədəm Hidayətqızı xəstə uşaq üçün yığılan müalicə pulunu niyə verməyib? – VİDEO

Övladının müalicəsi üçün “Səni axtarıram” proqramına müraciət edən vətəndaş yığılan pulun ona verilmədiyini iddia edir.

Ramiz Şıxəliyev övladı Ceyhunun xəstəliyi ilə bağlı ötən ilin mayında aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə müraciət etdiyini bildirib.

Onun sözlərinə görə, özlərinə aid bank kartında təxmini 14 min vəsait olub:
“Amma Xoşqədəm xanımın paylaşdığı bank kartında ayrıca vəsait yığılıb. Orada daha çox məbləğ var. Biz efirlərə çıxdıqdan sonra Ankarada Gülhanə xəstəxanasına getdik, amma uşaq normal müalicə edilmədi, narazı qaldıq. Adını qoydular ki, gecikib. Bizim şəxsi kartda olan 10 200 dollarla Türkiyəyə getmişdik. Yəni efirdə yığılan puldan bizə verilməmişdi. Xoşqədəm xanım Türkiyədə normal şəraitdə qalacağımıza söz vermişdi, onu da etmədilər, bərbad bir yerdə öz hesabımıza qaldıq. Bakıya qayıdandan sonra Xoşqədəm xanımdan pulu istədik. O da mənə dedi ki, uşaq sağalmayacaq. Sonra dedi ki, çıx efirə və çağırış elə, həmin pul xəstə uşaqlara sərf edilsin, onda verəcəyəm. Mən də efirdə çağırış elədim, ondan sonra Xoşqədəm xanım yenə pulu vermədi, məni “blok” etdi. Hətta, Azərbaycanda pulsuz loqoped vəd vermişdi, onu da etmədi. Bizi aldatdılar, Ceyhun üçün yığılan pulu vermədilər”.

R.Şıxəliyev bildirib ki, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş Prokurorluğa müraciət edib: “Mən övladımın xəstəliyi üçün yığılan vəsaiti istəyirəm. Çox xahiş edirəm ki, dövlət bu məsələni araşdırsın”.

Aparıcı Xoşqədəm Hidayətqızı isə məsələyə öz proqramında reaksiya verib.


Belə ki, adıçəkilən ailənin efirə dəvət olunmasından və onlara necə köməklik göstərilməsindən danışan aparıcı bildirib ki, bu ailənin övladının müalicəsi üçün ayrılan pul vaxtilə Ankaraya müalicə üçün göndərilən, amma vəfat edən uşaq üçün toplanan vəsait olub: “O ailə özü də əvvəlcədən bizə müəyyən qədər pul vermişdi. Uşaq ora gedəndən sonra babası gəlib dedi ki, biz istəmirik orada qalsın, çünki yanında bir neçə nəfər olmalıdır. Bunu hoca ilə danışıb yoluna qoyduq. Daha sonra baba yenidən bura gəldi və dedi ki, uşaqda ikinci bir xəstəlik də var, biz istəmirik orada qalsın. Mən də bildirdim ki, axı uşaq ora göndərilib, qoyun qalsın. Necə yalvarırdım… Dedim ki, qoy müalicəsini alsın. Amma baba dedi ki, “istəmirik, onsuz da müalicəsi yoxdur”. Müalicəni istəməyəndə öz verdikləri pulu geri istədilər. Bundan əlavə, bildirdilər ki, digər pul başqa uşaqların müalicəsinə xərclənsin. Sənəd imzaladı, pulunu götürdü. Mən dünən bilirəm ki, bir ay öncə uşağın atası bizə zəng edir və deyir ki, “Almaniyaya müraciət etmişəm, uşağı orada müalicə etdirəcəyəm. Bunun üçün pul yığaq””.

X.Hidayətqızının sözlərinə görə, vətəndaş o vaxt övladının müalicəsi üçün ayrılan pulu istəyir: “Həmin pul vəfat edən Amin üçün yığılmışdı. Daha sonra bu uşaq üçün ayırdıq. Özlərinin istəyi ilə də başqa uşaqların müalicəsinə ayrıldı. Özü də deyir ki, “Mən studiyada oturduğum günlərdə pul elə bizim uşağa görə göndərilib. Başa düşmürlər ki, hər şey banklarla olur və tarixlər var”.

Aparıcı daha sonra həmin valideynin səsyazısını da yayımlayıb. Səsyazısında da valideyn yığılan puldan bir qəpik istəmədiyini bildirib. X.Hidayətqızı artıq hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib. (Reportyor.info)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}