“Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində olmasına razıdır, onların ritorikası və fəaliyyətləri isə sadəcə, prosesi pərdələməklə onu özləri üçün faydalı olan formada təqdim etmək məqsədi daşıyır”.Becan.az "Pressklub.az"-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib.
“Lakin Bakı heç vaxt qeyri-müəyyən mətnli sənəd imzalamayacaq, əksinə, Qarabağ məsələsinin kağız üzərində tam təfərrüatlı qeyd olunmasını tələb edəcək”, – deyə, o, əlavə edib.