Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Becan.az xəbər verir ki, bu barədə İsveç sədrliyi tvitterdə məlumat yayıb.
“Paketə daxildir: ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri; müharibəyə dəstək verən, təbliğat aparan və ya Rusiyanın müharibədə istifadə etdiyi dronları çatdıran fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırılmış tədbirlər; Rusiyanın dezinformasiyasına qarşı tədbirlər”, – tvitdə qeyd olunub.(Mənbə: Pressklub.az)