İki izdiham – Mömin qardaşın dəfni “Mimino”nun dəfnini andırdı

22:02 2.03.2023 1 026







Xalid KAZIMLI






42 gün öncə Gürcüstanın böyük şansonu, aktyoru və yazıçısı Vaxtanq Kikabidze dəfn ediləndə Tiflisdə böyük izdiham yaşanmışdı.

Bu, səbəbsiz deyildi, belə də gözlənilirdi. Çünki “Mimino” filmindəki roluyla milyonların sevimlisinə çevrilən Buba böyük sənətkar idi, keçmiş SSRİ-də hər kəsin tanıdığı aktyor və müğənni olmuşdu, o üzdən həm ölkəsində, həm də postsovet məkanında məşhur idi.

Əlbəttə, SSRİ-yə daxil olan respublikaların hamısında Kikabidzedən də məşhur müğənnilər, artistlər, yazıçılar və başqa ictimai xadimlər olmuşdu, ancaq onların heç birinin dəfni Kikabidzeninki qədər izdihamlı olmamışdı.

Sənətkar bu ümumxalq sevgisini təkcə sənəti ilə qazanmamışdı, bəlkə də daha çox mərdliyi, sözübütövlüyü, prinsipiallığı ilə qazanmışdı.

İki izdiham – Mömin qardaşın dəfni “Mimino”nun dəfnini andırdı

Yanvarın 19-də Kikabidzenin Tiflisin küçələri ilə aram-aram irəliləyən izdihamlı dəfn qafiləsini görəndə, adam istər-istəməz düşünürdü, görəsən, bizdə də elə bir sənətkar varmı ki, onun dəfninə on minlərlə adam yığışacaq.

Heç demə, var imiş. Bu gün qəfildən vəfat edən din xadimi Hacı Şahin Həsənlinin dəfni göstərdi ki, elə bir adam mədəniyyət, incəsənət xadimi, siyasi lider olmaya, adi din xadimi də ola bilər.

Rəhmətlik Şahin Həsənli böyük bir xalq sevgisi, ehtiramı qazanıbmış. Bir din xadiminin dəfninə bu qədər müxtəlif dünyagörüşlü insanın toplaşması gerçəkdən də gözlənilməz və fenomenal bir hadisəydi.

Söz yox, rəhmətlik publik və mediatik adam idi, qəzet və saytlara yazı yazırdı, müsahibə verirdi, tədbirlərə qatılır, çıxışlar edirdi, məntiqli, mənəvi söhbətlər edirdi, üstəlik, çevrəsi böyük idi, hər zümrədə dost-tanışları vardı.


Minlərlə adam onu eləcə qiyabi şəkildə dinlədikləri moizələrindən tanıyırdı. Dəfnə yığışanların bəlkə də 90 faizi ilə mərhum ilahiyyatçının şəxsi tanışlığı yox idi, amma onlar özlərinə borc bildilər ki, onun son mənzilə yola salınmasında şəxsən iştirak etsinlər.

Bu gün sosial şəbəkələrdə bu qəfləti ölümə dair on minlərlə status, şərh yazıldı, insanlar kədərlərini bölüşdülər, mərhuma rəhmət dilədilər. Hətta, dinlərə qarşı olan 40 ilin ateistləri belə onu “işıqlı insan”, “əsl mömin” kimi səciyyələndirərək, onun vəfatının xalqımız üçün itki olduğunu qeyd etdilər.

Fəqət, az-az olsa da, Hacı Şahinə olan xalq sevgisini, onun izdihamlı dəfnini qısqananlar da oldu, yersiz yerə yaman şeylər yazdılar.

Bəlkə də onların sırasında “hər toyda təzəbəy, hər yasda ölü olmaq” istəyən psixopat tiplər də var. Ancaq bəzilərinin bir din xadiminin bu cür izdihamlı dəfnini sırf başqa motivlərlə həzm edə bilməməsi gerçəyi ortadadır.

O, artıq heç kəsə rəqib deyil. Dünyaya gəldi, yaşadı, xalqı üçün faydalı olmağa çalışdı və dünyadan köçdü. İndən belə onun yalnız xoş xatirələri yaşayacaq və belə görünür ki, Hacı Şahinlə bağlı işıqlı xatirələri olan insanların sayı yüzlərlə, minlərlədir.

Xalqın ona ehtiramına baxınca, adam bu fikrə gəlir ki, Hacı Şahin bu xalqın Martin Lüter Kinqi imiş.

ABŞ tarixindən bəllidir, din xadimi Martin Lüter də xalqının sevimlisi olub, insan haqları uğrunda mübarizə aparıb, şiddətə, xurafata qarşı olub, insanlara sevgi, mənəvi saflıq aşılayıb, 1968-ci ildə 39 yaşında sui-qəsdə qurban gedəndə isə, onun dəfninə on minlərlə insan toplaşıb.

Xalqın gözü tərəzidir, o, sevmədiyi insanın nə xeyrində, nə hüzründə qələbəlik yaratmaz. Xalq yaxşı insanları təqdimatsız da tanıyır, sevir və ölümündən sonra da olsa, qədrini bilir, xatirəsini əziz tutur.

İndi, bugünkü izdihama görə bəzilərində belə bir qənaət formalaşmaqdadır ki, ölkədə dindar kontingent böyükdür.

Əslində isə bugünkü izdiham sırf Hacı Şahinin öz insanlığı, mötədilliyi, xeyirxahlığı ilə qazandığı hörmətin məhsulu idi. Sabah ondan da məşhur din xadimi vəfat etsə, eyni izdihamı görməyə bilərik.

Təəssüf ki, biz, belə bir insanı itirdik. O, xalqımızın mömin kəsimini yadelli cərəyanlardan qorumaq yolunda böyük xidmətlər göstərəcəkdi.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO