Rusiyadan və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən artıq 9836 nəfər rusiyalı hərbçi təslim olmaq istəyi ilə bağlı "Yaşamaq istəyirəm!” müraciətlərinin qəbulu üzrə vahid mərkəzə müraciət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrainska pravda” Müharibə əsirlərilə rəftar üzrə koordinasiya qərargahına istinadən yazıb.
Layihənin fəaliyyət göstərdiyi altı ay ərzində, Roskomnadzorun müntəzəm olaraq girişi bloklamaq cəhdlərinə baxmayaraq, 14 milyondan çox insan "Yaşamaq istəyirəm!" veb-saytını ziyarət edib, onların 84%-i Rusiya Federasiyası ərazisindən girənlərdir.
Qaynar xəttə Rusiya hərbçiləri ilə yanaşı, onların qohumları və dostları da müraciət edir. Çox vaxt Ukraynaya işğalçı ordunun tərkibində gələn səfərbər edilmiş rusiyalıların internetə və rabitəyə çıxışı olmur.