İran məktəblərində şagirdlərin zəhərlənməsi barədə məlumat yayan jurnalist Əli Purtəbatəbayi martın 5-də tutulub.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Jurnalistin həbsi ilə bağlı xəbərlər İranın “Etimad” və “Şərq” qəzetlərində dərc olunub.
“Qum News” saytının təsisçilərindən olan jurnalistin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, naməlum yerə aparıldığı qeyd edilib. “Etimad” qəzeti yazıb ki, üç aydan çoxdur, İranda şagirdlərin zəhərlənməsi ilə bağlı davamlı məlumat yayan və məsələni araşdıran jurnalistin həbsi media fəallarının etirazları ilə qarşılanıb. Onlar jurnalistin həbsinə etirazlarını bildiriblər.
“Zəhərlənmələrlə bağlı, heç olmasa, bir nəfər həbs edildi”, - deyə, fəallar kinayə ilə səbəbkarların tapılması əvəzinə məlumat yayanın tutulmasını tənqid ediblər.