Tbilisinin mərkəzində parlament binası yaxınlığında məcburi hərbi xidmətə çağırış əleyhinə mitinq keçirilir.
“Qafqazinfo” "Sputnik Georgia"ya istinadən xəbər verir ki, aksiya iştirakçıları orduda könüllü hərbi xidmətin tətbiqini tələb edirlər.
Qeyd edək ki, Gürcüstan parlamenti martın 20-dən sonra Müdafiə Məcəlləsinin yenilənmiş variantına birinci oxunuşda səs verəcək. Məcəllə hərbi xidmətə çağırış və digər məsələləri yeni qaydada tənzimləyəcək.