Azərbaycanın XTQ-si Ermənistan ordusu üçün nümunədir

12:13 13.03.2023 2 806
Azərbaycanın XTQ-si Ermənistan ordusu üçün nümunədir

Erməni ekspert Ara Poqosyan ordu ilə bağlı diqqət çəkən açıqlamalar verib. O, İrəvana tövsiyə verərək, üstüörtülü şəkildə Azərbaycanın Xüsusi-Təyinatlı Qüvvələrindən (XTQ) nümunə götürülməsini məsləhət bilib.


Poqosyan ordu quruculuqlarını "Mamul"a şərh edərkən qeyd edib ki, ölkə rəhbərliyi sadəcə silah idxalı ilə məşğul olmamalıdır.

"Aktiv silah idxalı ordunun döyüş qabiliyyətinin artırılması haqqında heç nə demir. Ordunun döyüş effektivliyi əsasən bir çox psixoloji amillərdən asılı olur. Lakin bizdə qoşunların mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılmasında maarifləndirmə işləri effektli olmayacaq. Çünki, biz, məğlub mövqedə dayanan psixoloji tiplə qarşılaşırıq. Bununla mübarizənin yeganə yolu "inqilabi" tədbirlər deyil, təkamül yolunun seçilməsidir", - politoloq qeyd edib.

Poqosyan vurğulayıb ki, qoşunlar tez-tez hərbi təlimlər keçirməli, hərbçilərin çoxu həvəsləndirilməlidir. Yəni, məqsəd onlara qalib gələ biləcəkləri təəssüratı yaratmaqdır:

"Amma burada da potensial qalib obrazı formalaşmazdan əvvəl realda uduzan, zəiflə müzəffər olan psixoloji tiplərin toqquşması baş verir. Bu toqquşma müəyyən stresli vəziyyətə, öz gücünə inamsızlığa, şübhələrə səbəb olacaq. Məhz, burada dövlətin, komandirlərin qoşunlarda qələbəyə inamı necə gücləndirmələri ilə bağlı öz xüsusi strategiyası olmalıdır. Bir çox komandirlərlərimiz bu barədə düşündülər. Əminəm ki, psixoloqlar da bununla məşğul olacaqlar. Mən, tez-tez bu fikri deyirəm ki, Ermənistan mövcud orduya toxunmadan yeni elit qoşunlar yaratmalıdır (Azərbaycanda komandoların yaradılması kimi-red.) Hazırda fəaliyyətdə olan ordudan nəyisə ixtisar etməyə, qoparıb ayrıca qurum yaratmağa, mövcud diviziyaları yenidən təşkil etməyə ehtiyac yoxdur. Əksinə, elit qoşun növləri tamamilə ayrıca formalaşdırılmalıdır. Elit hərbi qüvvələr yalnız ən yaxşıların, seçilmişlərin xidmət etməsi üçün bir fürsət olmalıdır. Elit qoşunlarda xidmət hər bir əsgərin əziz arzusu olmalıdır.

"Elit qoşunlar" dedikdə, biz, təkcə quru qoşunlarını nəzərdə tutmamalıyıq. Bu hərbçilər döyüş meydanında öz peşəkarlığını göstərə bilməli, əfsanə yaratmağı bacarmalıdır. Onların görünüşü düşmənlər üçün dəhşət, ordu üçün isə ümid və iman alovu saçmalıdır".


Maraqlıdır ki, erməni ekspert Azərbaycan XTQ-sinin döyüş meydanında əsas qaydalarından birinə çevrilmiş tezisləri də öz ordusu üçün məsləhət bilib. Bu, ən gözlənilməz anda meydana çıxmaq, yəni görünmədən görmək, ölmədən öldürə bilmək bacarıqlarıdır.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO