Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda görüşə dəvət edir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi baxımından, ikinci görüş üçün dəvət göndərib.
Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub.
Becan.az