“Rusiya vətəndaşları müvəqqəti işğal altında olan Krımdan çıxır”.
UNIAN-a xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.
O, bildirib ki, işğalçı hakimiyyət bu barədə vətəndaşlara müraciət edib.
A.Yusovun sözlərinə görə, Krımdakı daşınmaz əmlaklar sürətlə satılır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, 1991-ci il sərhədləri bərpa olunmayana, o cümlədən, Krım işğaldan azad edilməyənədək sülh olmayacaq.