“Rusiya ordusu hücum tempini 80 faiz aşağı salıb və hücumdan müdafiə taktikasına keçib. Çox güman ki, bu, Ukraynanın əks-hücumlarına hazırlıq üçündür”.“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın “Sky nuys” nəşri yazıb.
Müəllif Sean Bell
“Ukrayna müharibəsi: qarşıdan gələn mövsüm müharibənin son mərhələsi ola bilər” adlı məqaləsində qeyd edib ki, 7 aydır davam edən şiddətli döyüşlərə baxmayaraq, Ukrayna hələ də Baxmutu qoruyur:
““Vaqner” muzdlu hərbi təşkilatının üzvləri Baxmutun şimalında yavaş templə irəliləyir. Lakin Rusiya ordusunun döyüş sursatı çatışmır”.Bildirilib ki, ilin sonuna kimi hər iki tərəfin resursları tükənə bilər:
“Həlledici addım atmaq üçün tərəflərdən heç birinin imkanı yoxdur. Bu mərhələdə Qərb seçim qarşısında qalacaq: ya münaqişənin daha uzun müddət davam etməsinə çalışacaq, ya da daha çox qan tökülməsinin qarşısını almaq üçün hər iki tərəfə təzyiq göstərəcək. Bu isə Ukrayna üçün risklidir. Bəlkə də, münaqişənin son mərhələsi başlayacaq”.