"Azərbaycanın Milli Qəhrəmanı" günü - neçə qəhrəmanız var?.. (SİYAHI)

20:42 25.03.2023 2 025
"Azərbaycanın Milli Qəhrəmanı" günü - neçə qəhrəmanız var?.. (SİYAHI)

Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. 1992-ci ilin bu günündə "Azərbaycanın Milli Qəhrəmanı” adı rəsmiləşdirilib.

Azərbaycan tarixinin şanlı səhifələrində qəhrəmanlar çox olub. Vaxtilə onlara "Xalq qəhrəmanı” deyirdilər. Sonralar isə bu ad Ali Dövlət mükafatı və Fəxri ad kimi rəsmiləşdi.

1991-ci ilin 18 oktyabr - Dövlət Müstəqilliyinin bərpasına qədər Azərbaycanın çoxlu sayda igid oğul və qızları keçmiş SSRİ-nin zamanında "Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüblər.

Onların ümumi sayı 42 nəfərdir. "Sovet İttifaqı Qəhrəmanı” adını alan ilk soydaşımız isə İsrafil Məmmədov olub. Bu ali adı iki dəfə qazanan isə tank diviziya komandiri general-mayor Həzi Aslanovdur.

Müstəqilliyimizin bərpasının ikinci ilində - 1992-ci ilin iyununda "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilib. Bu tarixdən başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlər və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən şəxslərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməyə başlanılıb.

Müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Məhərrəm Seyidovla birlikdə, 1992-ci il iyunun 6-da imzalanan fərmanla bu ada 12 nəfər layiq görülüb.

Bizim.Media həmin siyahını təqdim edir:

1. Məhərrəm Seyidov

2. Əlif Hacıyev

3. Valeh Müslümov

4. Mehdi Abbasov

5. Albert Aqarunov

6. Mikayıl Cəbrayılov

7. Vüqar Hüseynov

8. Səfəralı Məmmədov

9. Nofəl Quliyev

10. Yuri Kovalyov

11. Yusif Əliyev

12. İlham Əliyev

Ümumilikdə isə müstəqillik dövründə 218 qəhrəman soydaşımıza bu fəxri ad verilib.

Sonuncu Milli Qəhrəmanlarsa 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olan general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev olublar.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 14 nəfəri sağdır:

1. Bəxtiyar Allahverdiyev

2. İntiqam Atakişiyev

3. İbad Hüseynov

4. Vahid Quliyev

5. Şahin Tağıyev

6. Fəxrəddin Cəbrayılov

7. Ehtiram Əliyev

8. Fariz Qəhrəmanov

9. Mədət Quliyev

10. Mirzə Quliyev

11. Zabit Quliyev

12. Fariz Mədətov

13. Mövsüm Məmmədov

14. Sahil Məmmədov
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}