Rusiya XİN-dən İrəvana sərt xəbərdarlıq: “Qəbuledilməzdir…”

20:56 27.03.2023 1 056
Rusiya XİN-dən İrəvana sərt xəbərdarlıq: “Qəbuledilməzdir…”

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsinə qoşulmaq qərarına reaksiya: “Son dərəcə mənfi nəticələri olacaq”

Rusiyanın Xarici İşlər Nazirliyi Haaqa məhkəməsi tərəfindən Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb. Bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Moskva BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız qərarları fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - deyə, mənbə bildirib.

O, qeyd edib ki, Moskva belə bir qərarın son dərəcə mənfi nəticələri ilə bağlı İrəvana xəbərdarlıq edib.


Martın 24-də məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi BCM-nin Roma əsasnaməsindən irəli gələn öhdəlikləri tanıyıb. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir. Bundan sonra Roma əsasnaməsi Ermənistan parlamentində ratifikasiya edilməlidir. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan ölkənin Roma əsasnaməsinə qoşulmasını BCM-nin Azərbaycana Laçın dəhlizinin blokunu açmaq öhdəliyi qoyması ilə izah edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavabında bildirib ki, Moskva Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda təsbit edilmiş öhdəliklərin tanınması ilə bağlı İrəvanla öz mövqeyini hələlik müzakirə etməyib. Ölkənin Milli Assambleyasının üzvü Arman Abovyan parlament tərəfindən ratifikasiya olunsa belə, “Ermənistanda ağlı başında olan kimsənin Putini həbs etməyəcəyinə əmin olduğunu” bildirib.

Roma əsasnaməsi Beynəlxalq Cinayət Məhkəməsini təsis edən müqavilədir. 17 iyul 1998-ci ildə İtaliyanın paytaxtı Romada keçirilən diplomatik konfransda qəbul edilib və 1 iyul 2002-ci ildə qüvvəyə minib. 2019-cu ilin noyabrından nizamnamənin iştirakçılarının sayı 123 dövlətə çatıb.

BCM-nin yurisdiksiyasını tanıyan ölkələr bu qurumun qaydalarına, qərarlarına və sərəncamlarına əməl etməyə borcludurlar. Ermənistan 1999-cu ildə Roma əsasnaməsini imzalasa da, onu ratifikasiya etməyib. 2004-cü ildə ölkənin Konstitusiya Məhkəməsi bunu əsas qanuna zidd olaraq tanıyıb.

Yada salaq ki, martın 17-də Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belovanın həbsinə order verib.(Musavat.com)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO