"O, Azərbaycan kinosunu məhv edən birinci düşmənimizdir!"

23:08 30.03.2023 1 629
"O, Azərbaycan kinosunu məhv edən birinci düşmənimizdir!"

“Guya, gəlib, mənimlə görüşüb, mənə əl tutub... Başına dəysin!”

“Mən, artıq bir aydır ki, xəstəxanadan çıxmışam. Evdən heç yerə getmirəm, heç kimlə görüşmürəm, çəkilişlərə, görüşlərə dəvət edirlər, amma ora da getməyə halım yoxdur. Stolumun üstü dərmanla doludur. Dava-dərmanla özümü saxlayıram, heç kimə də müraciət etmirəm”.

Bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti Ənvər Həsənov deyib.

Xalq artisti qeyd edib ki, mədəniyyət naziri bu günlərdə özü şəxsən zəng edərək, onun səhhəti ilə bağlı maraqlanıb:

“Adil Kərimli nazir səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə təyin olunandan təxminən 2 gün sonra, telefonla zəng edərək, təxminən 10-15 dəqiqə mənimlə danışdı. Deyim ki, Adil Kərimlinin səmimiyyəti, qayğıkeşliyi mənim çox xoşuma gəldi. O da bildirdi ki, mənə dəstək göstərməyə hazırdır. Mən də ona açıq bildirdim ki, 73 yaşım var və Azərbaycan kino sənətində öz canını qoymuş bir insanam. Çəkildiyim təkcə “Yeddi oğul istərəm” filmi dünyanın ən müxtəlif ölkələrində nümayiş olunub. Bu günə qədər hələ heç kəsə ağız açmamışam, pul, yardım istəməmişəm. Sadəcə, mənə layiq olan bir şey - Prezident təqaüdü verilsə, özüm öz başımı dolandıraram, dərmanlarımı alıb, əməliyyatlarıma gedərəm. Hamı bilir ki, bu gün həkimə gedib, müayinə olunub, müalicə almaq baha başa gəlir”.

Ənvər Həsənov bəzi media orqanlarında barəsində yalan informasiyalar yazılmasından şikayətlənib:

“Sözün doğrusu, indi kiməsə müsahibə verməkdən qorxuram. Bəzən kimsə haradansa nəsə eşidib, üzərinə onunu qoyub, yazır. Məsələn, yazmışdılar ki, guya mən xəstəxanadan çıxdıqdan sonra, Şəfiqə Məmmədova gəlib, mənimlə görüşüb, mənə əl tutub. Başına dəysin! Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi, biz onu gətirib, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına sədr seçdik. O, Azərbaycan kinosunu məhv edən birinci düşmənimizdir.

Daha sonra yazdılar ki, Heydər Əliyev Fondu məni aparıb, öz himayəsinə götürüb. Amma bu xəbərlərin heç biri doğru deyil”.


Xalq artisti qalmaqallı ev məsələsindən də söz açıb:

“Hamı bilir ki, 4 il əvvəl Prezident mənə ev hədiyyə etmişdi. Prezidentin nümayəndəsi məni evlə tanış etdi, gördüm ki, ev hələ tam tikilməyib. Dedilər ki, 3 ay sonra yenə gəlib, baxarsan. 6 ay, 9 ay, 1 ildən sonra getdim, gördüm ki, ev hələ tikilmir. Ev də 11-ci mərtəbədə idi. Yuxarı qalxanda yüksək təzyiqim, şəkər xəstəliyim olduğu üçün başım hərləndi, yıxıldım... Soruşdum ki, evin tam təmiri üçün nə qədər pul lazım olacaq? Dedilər ki, 45 min manat. Şoka düşdüm. Dedim ki, Allah Prezidentimizin canını sağ eləsin, amma mənim 45 min manata gücüm çatmır. Və bilirəm ki, Prezidentin bu məsələlərdən xəbəri yoxdur.

Nə isə ki, aşağı düşdükdən sonra, həyətdə olan ev alqı-satqısı ilə məşğul olanlar mənə təklif etdilər ki, o evin pulunu mənə versinlər və mən özüm istədiyim yerdə özümə ev alım. Nəhayət, 6 aya 90 min manata Şüvəlanda özümə ev tapdım, onu bir az təmir edib, abıra salıb, içində yaşamağa başladım. Üç il ərzində çox yaxın dostlarımı, əzizlərimi itirdim... Sağ qalan dostlarım da sağ olsun, gəlirlər, mənimlə maraqlanırlar...”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}