“Ukrayna müdafiəçiləri əks-hücuma və işğal olunmuş ərazilərini azad etməyə hazırlaşır”.
“RBK Ukraina” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, düşmən Ukraynanı tərk etməsə, məhv olacaq.
Zelenski ehtimal olunan əks-hücum əməliyyatlarının təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkəsinin aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını söyləmişdi.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində taktiki vəziyyətin yaxşılaşdığını bildirib.