"Ordumuz strateji yüksəkliklərə nəzarət üçün fəaliyyətini davam etdirəcək" - Ekspert rəyi

22:52 5.04.2023 839
"Ordumuz strateji yüksəkliklərə nəzarət üçün fəaliyyətini davam etdirəcək" - Ekspert rəyi

Azərbaycan Silahlı Qüvvələri Ermənistanla sərhəd ərazilərdə, eləcə də Qarabağın dağlıq hissələrində bir sıra strateji nöqtələri nəzarətə götürüb.

Çox güman ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycan Ordusunun bu kimi tədbirləri davam etdiriləcək. Hətta erməni mediasının məlumatına görə, Azərbaycan hərbçiləri Xankəndi-Turşsu torpaq yolu istiqamətində irəlilədikdən sonra daha bir neçə on kilometr irəliləyiblər. Həmçinin Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib ki, relyef cəhətdən mürəkkəb olan istiqamətlərdə Azərbaycan hərbçiləri əlverişli mövqelər tutublar. Ordumuz tərəfindən nəzarətə götürülən yüksəkliklərdə genişləndirmə, yerləşdirmə və möhkəmləndirmə işləri davam edir.

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya şərhində qeyd edib ki, Qarabağ və Zəngəzurda mühəndis-istehkam işlərinin aparılması həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsinə istiqamətlənib:

“Ermənistanla sərhəddə, o cümlədən, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə həyata keçirilən mühəndis işlərinin hədəfi ilk növbədə həmin bölgələrdə xidmət edən hərbi qulluqçuların və yaxınlıqda tikinti-bərpa işlərində çalışan mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Tədbirlər daha çox Ermənistanla sərhəddə nəzarətə götürülən Zabux və Cağacuq kəndləri istiqamətlərində görülür. Strateji nöqtələrdə istehkamların qurulması həmin ərazilərin təhlükəsizliyini və toxunulmazlığını qorumaq, habelə mümkün düşmən təxribatlarının qarşısını almaq üçün əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycan Ordusu Şuşanın Allahqulular və Zamanpəyəsi kəndlərini nəzarətə götürdükdən sonra, digər ərazilərdə hakim və strateji yüksəkliklərə nəzarət üçün fəaliyyətini davam etdiricək”.

Ekspert bildirib ki, ərazilərimizin qeyri-qanuni erməni silahlılardan təmizlənməsi istiqamətlərində bu kimi tədbirlərin görülməsi mütləqdir:

“Silahlı qüvvələrimiz mülki əhalinin seyrək yaşadığı ərazilərdə, həmçinin Sərsəng su anbarı, talana məruz qalmış Qızılbulaq və Dəmirçi yataqları ətrafında əməliyyatlarını davam etdirəcək”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO