Sərhəd zonasında İranla toqquşmalar baş verə bilər - Açıqlama

21:18 7.04.2023 1 063
Sərhəd zonasında İranla toqquşmalar baş verə bilər - Açıqlama

Bildiyimiz kimi, dünən İran Səfirliyinin 4 əməkdaşı Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) edilib.
Buna səbəb olaraq onların diplomatik statusa uyğun olmayan fəaliyyətləri göstərilib. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
Bəs, Azərbaycanın bu addımından sonra İran hökuməti hansı tədbirlərə əl ata bilər?

Məsələ haqqında sabiq diplomat, politoloq Fikrət Sadıxov Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, İranın mövqeyi diplomatik əlaqələrdə müəyyən düzəlişlər etməyə əsas verir:

“Bu, diplomatiya praktikasında yayılmış bir amildir. Biz, 4 diplomatı şübhəli bilərək, ölkəmizdən xaric edirik. Bununla bağlı faktlarımız, sübutlarımız var. İran da buna qarşı adekvat addım ata bilərdi. Amma biz özümüz Tehrandakı səfirlikdən çıxdıq. Səfirliyə qəsd hadisəsindən sonra, demək olar ki, orada diplomatik heyət qalmayıb. Yalnız təhlükəsizlik xidmətinin nümayəndəsi oradadır. Ona görə də, İran artıq bu addımı ata bilməz”.


Politoloq, insanların baş verə biləcək təxribatlara qarşı tədbirli olmalarını vacib hesab edib:

“Genişmiqyaslı münaqişə, yaxud müharibənin olacağını düşünmürəm. Amma hər halda ehtiyatlı olmalıyıq. İran tərəfindən bizə qarşı təxribatlar törədilə, sərhəd zonasında müəyyən toqquşmlar baş verə bilər. Ona görə ayıq-sayıq olmalı, belə halları aradan götürməyə hazır olmalıyıq”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO