3500 İran agenti Azərbaycana necə yerləşdirilib?!. Səfirliyə hücum edən qatil də həmin komandadandır

21:59 31.01.2023 1 335
3500 İran agenti Azərbaycana necə yerləşdirilib?!. Səfirliyə hücum edən qatil də həmin komandadandır

İran kəşfiyyatının ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki və hərbi sahələrdə Tehrana xidmət etmək üçün 3500 şiə informatoru Azərbaycanda yerləşdirdiyi iddia edilib. Bu şəxslər azərbaycanlı qadınlarla evlənərək Bakıya sızıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.

Türk nəşri qeyd edir ki, Azərbaycan kəşfiyyatı 1997-2011-ci illərdə xüsusi proqram çərçivəsində baş vermiş sızmanı aşkarlayıb və dindirilən İran agentləri cinayətlərini etiraf ediblər:

“İranın sızma əməliyyatı və casuslarının deşifrə edilməsi ilə 700 şiə informatorun Azərbaycandan qaçdığı üzə çıxıb.
Azərbaycan mənbələrindən əldə etdiyimiz məlumata görə, projeyə 1996-cı ildə Tehranda “Azərbaycan Masası” adlı xüsusi bölmənin yaradılması ilə start verilib. İlk iş olaraq İranın kəşfiyyat xidməti “Şazimani İttilaat” və SEPAH əməkdaşlarından 4000 kəşfiyyatçı seçilib və bu şəxslər Azərbaycanın coğrafiyası, dili, mədəniyyəti ilə bağlı xüsusi təlimlərdən keçiblər. İranın Azərbaycandakı səfirliyindən Tehran rejiminə yaxın ailələrlə bağlı genişmiqyaslı araşdırma tələb edilib. Bundan sonra müəyyən edilən isimlərlə əlaqə saxlanılaraq evlilik mərhələsinə başlanılıb.

Azərbaycanın təhlükəsizlik mənbələri bildirirlər ki, tarixdə bu projenin başqa nümunəsi yoxdur. Yaxalanan iranlı informatorlar həyat yoldaşlarını kataloqdan seçdiklərini deyiblər. İran agentlərinin ilk işi azərbaycanlı arvadlarının “Rəhbər” adlandırdıqları Xameneyiyə beyət etmələrini, namazlarını və digər ibadətlərini şiələrə uyğun olaraq yerinə yetirmələrini təmin etmək olub. Müxtəlif kamuflyaj üsullarından istifadə edən agentlər Azərbaycanda məskunlaşdıqdan sonra onlara göstərilmiş istiqamətlər üzrə kəşfiyyat məlumatları toplamağa və bu informasiyaları Tehrana göndərməyə başlayıblar.
Azərbaycan qanunlarına əsasən evləndikdən 5 il sonra əldə etdiyi vətəndaşlıq hüquqları ilə daha geniş imkanlar qazanan İran agentlərinin missiyaları da dəyişdirilib. Vətəndaşlıq hüququ olanlar daha strateji sahələrə yönəldilib. Bəzi informatorlar ciddi kapitalla kommersiya sahəsinə cəlb olunarkən, digərləri mülki və hərbi, diplomatiya, siyasət, QHT, mədəniyyət, incəsənət və ilahiyyat kimi sektorlara sızıblar”.


“Türkiyə” qəzeti yazır ki, Azərbaycanın Tehrandakı səfirliyinə qanlı basqını həyata keçirən Yasin Hüseynzadənin də həmin komandadan olduğu müəyyən edilib:

“Hüseyinzadənin Urmiyada kitab satıcısı işləyən qardaşı Rəhman Hüseynzadənin azərbaycanlı qadınların tələyə salınması prosesində mühüm fiqur olduğu və SEPAH-ın kəşfiyyat xidmətində xüsusi vəzifələrə sahib olduğu bildirilib”.

Professor Dönməz Əmrə baş verənlərlə bağlı nəşrə bunları bildirib:

“Azərbaycan xalqı yüz illik rus əsarətində ağır dini təzyiqlərə məruz qalıb. Çünki türklərin öz orijinal keyfiyyətləri ilə qalması həm Rusiya, həm də İran tərəfi üçün ən böyük təhlükə kimi görünür. Olayın başqa bir ölçüsü türklərin duyğularını, ideyalarını, coğrafi bağlarını yenidən bərpa etmək üçün atılan addımlardır. Xüsusilə İran bunu öz varlığının sonu kimi görür. Bu səbəbdən bizə “ya dinsiz, ya şiə ol” dedilər və buna nail olmaq üçün hər cür cəhdi etdilər. İndi öz şifrələrimizə qayıtmağımız kənar qüvvələri əndişləndirir. Səfirliyə son hücum bunun bariz göstəricisidir”.

Türk nəşri əlavə edir:

“Azərbaycanın təhlükəsizlik mənbələri bildirirlər ki, yanvarın 27-də həyata keçirilən basqında səfirliyin bütün əməkdaşlarının öldürülməsi planlaşdırılıb. Azərbaycan diplomatlarının və mühafizəçilərinin müqaviməti bu planı alt-üst edib. Azərbaycanlı mühafizəçi avtomatlı qatilin üzərinə atılaraq, daha genişmiqyaslı qətliamın qarşısını alıb.

Azərbaycan mənbələri partlayan silahlara baxmayaraq, İran polisinin Tehranın ən strateji nöqtəsinə 30 dəqiqə gəlmədiyi və qatilə məxsus avtomobilin bu müddətdə qapıda işlək vəziyyətdə dayandığını bildirirlər. Gərginlikdən sonra Azərbaycan hökuməti Tehran səfirliyini bağlayıb.
Diplomatik əlaqələr Təbriz konsulluğu vasitəsilə davam etdiriləcək. Bu addım bir tərəfdən İran rejiminə qarşı hiss olunan narahatlığı göstərmək, həm də Azərbaycan üçün əsas mərkəzin Güney Azərbaycan olması mesajı kimi şərh olunur”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}