Ermənistanın 1991-ci ildə Alma-Ata Bəyannaməsini imzalaması zamanı irəli sürdüyü şərtlər təqdim olunmayıb.Becan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin 2022-ci il proqramının icrası barədə hesabatı ilə bağlı parlamentdəki müzakirələri zamanı deyib.
“Siz həmin şərtləri oxumusunuz? Onları bilirsiniz, yaxud nə vaxtsa onlar açıqlanıb? Həmin şərtlər imzalanma anında olmayıb. Razılaşmanı ratifikasiya edən zaman parlament hər hansı mətn dərc edib... gəlin oxuyaq, anlamağa çalışaq”, - Paşinyan ona bu barədə sual verən müxalif deputata deyib.
Ermənistanın Baş naziri müxalif “Ermənistan” blokunun üzvü Anna Qriqoryana Alma-Ata Bəyannaməsinə o zamankı Ermənistan hakimiyyətinin irəli sürdüyü şərtləri dərc etməyi təklif edib.
1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə əsasən, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Qeyd edək ki, Ermənistan tərəfi indiyədək Alma-Ata bəyannaməsini Dağlıq Qarabağla bağlı qeyd-şərtlə imzaladığını bildirirdi./APA