Sahibə Qafarovadan Vyaçeslav Volodinə: "Tamamilə qəbuledilməzdir!"

21:51 21.04.2023 1 325
Sahibə Qafarovadan Vyaçeslav Volodinə: "Tamamilə qəbuledilməzdir!"

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “Rusarminfo” Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Bu barədə Musavat.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məktubda deyilir ki, ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığın dinamik inkişafı, eləcə də Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində fəal vasitəçilik səyləri fonunda Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin müavini Oleq Matveyçevin "Rusarminfo" Rusiya-Ermənistan İnformasiya Agentliyinin efirindəki son açıqlamaları Azərbaycanda böyük narahatlıqla qarşılanıb:

"Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları, onun "Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında" iddiaları böyük təəssüf doğurur və tamamilə qəbuledilməzdir. Xüsusilə təəssüf doğurur ki, belə bir "rəy" Dövlət Dumasında informasiya siyasətinə cavabdeh olan komitənin sədr müavini tərəfindən ifadə olunur".

Məktubda qeyd edilir ki, informasiya fəaliyyətində iştirak edən rəsmi şəxs kimi O.Matveyçev regiondakı vəziyyətə daha aydın baxışa malik olmalı, həmçinin başa düşməli idi ki, bu cür bəyanatlar Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır. Milli Məclisin sədri xatırladır ki, Vyaçeslav Volodinlə son görüşləri zamanı regiondakı vəziyyəti ətraflı müzakirə edib və Azərbaycanın regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması ilə bağlı səyləri, habelə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozması barədə fikir mübadiləsi aparıb.

Məktubda Milli Məclisin sədri bildirib ki, Dövlət Dumasında hakim "Vahid Rusiya" Partiyasını təmsil edən deputat kimi O.Matveyçev Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti, müstəqilliyə, dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dərinləşdirməkdən ibarət olan rəsmi mövqeyinə riayət etməlidir.

Məktubda Dövlət Dumasının deputatının yuxarıda qeyd olunan bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Spiker ümidvar olduğunu bildirib ki, bundan sonra da birgə səylərimizlə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin ruhuna zidd olan hərəkətlərin qarşısı alınacaq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}