RUSİYA MEDİASI YENƏ ÖZ ANTİ-AZƏRBAYCAN “SİFƏTİNİ” GÖSTƏRDİ – Erməni təxribatlarına açıq dəstək

11:56 6.03.2023 1 187
RUSİYA MEDİASI YENƏ ÖZ ANTİ-AZƏRBAYCAN “SİFƏTİNİ” GÖSTƏRDİ – Erməni təxribatlarına açıq dəstəkSon zamanlar Ermənistan dövləti və cəmiyyətinin əksər hissəsinin açıq anti-Rusiya ritorikasına, hətta Moskvaya ünvanlanan təhqir və təhdidlərinə rəğmən, rus mətbuatı öz anti-Azərbaycan və açıq ermənipərəst mövqeyindən əl çəkmir. Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş məlum insidentin qeyri-obyektiv, birtərəfli, qərəzli şəkildə işıqlandırılması bunun açıq sübutudur.

Rusiya mətbuatı ötən gün qanunsuz erməni silahlı birləşmələrinə qarşı xüsusi təyinatlı bölmələrimizin həyata keçirdiyi əməliyyatı və iki hərbçimizin şəhid olduğu məlum insidenti həmişəki kimi, öz ampluasında təqdim edib.

Demək olar, Rusiyanın Kremlin nəzarətində olan və olmayan bütün aparıcı media orqanları bu insidenti Ermənistanın və qondarma rejimin açıqlamaları, təbliğat yalanları əsasında işıqlandırıblar. Bütün rəsmi və qeyri-rəsmi mətbuat orqanları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan ərazilərimizi “müstəqil” qurum olaraq, “dağlıq Qarabağ” kimi təqdim ediblər. Azərbaycan hərbçilərinin tam qanunlarımıza uyğun davranışlarını isə “diversiya” kimi qələmə veriblər.

Məsələn, məşhur “Kommersant” nəşri saxtakarlıq edərək “dağlıq Qarabağ"da Azərbaycan tərəfinin diversiya törətdiyini iddia edir: “Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupu polisin pasport-viza idarəsinin növbətçi avtomobilini atəşə tutub”.

Xəbərdə separatçıların dedikləri gen-bol tirajlanarkən, Azərbaycanın mövqeyi barədə bir kəlmə də yoxdur. Onu da soruşan yoxdur ki, Azərbaycanın suveren ərazisində hansı qondarma “dağlıq Qarabağ polisi”, hansı “pasport-viza” şöbəsindən söhbət gedə bilər?

Bu isə Rusiyanın rəsmi TASS agentliyinin məlumatıdır: “Ermənistan XİN Azərbaycan diversantlarının fəaliyyətini terrorçuluq adlandırıb. Nazirlikdən xəbər verilir ki, diversiya hücumu nəticəsində dağlıq Qarabağ DİN-in pasport-viza şöbəsinin 3 əməkdaşı həlak olub”.
Eyni məlumatları, eyni tərzdə “Vedomosti”, “İnterfaks” və demək olar, bütün digər tanınmış Rusiya nəşrləri, telekanalları və agentlikləri yayıblar.

Bu isə bir daha onu göstərir ki, Rusiya hər nə qədər Azərbaycanla “strateji tərəfdaşlıq haqqında” sənəd imzalasa da, sözdə bitərəflik, vasitəçilik, sülhməramlılıq və s. barədə nağıllar danışsa da, heç zaman ermənipərəstliyindən əl çəkməyəcək. Ona görə öz “sülhməramlı missiyasını” nə qədər tez başa vurub, şələ-küləsini də götürüb torpaqlarımızdan çıxsa, bir o qədər yaxşıdır. (“Azpolitika”)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}