Hulusi Akar: "Türkiyəsiz ...Qafqazda hansısa problemi həll etmək mümkün deyil"

14:05 22.04.2023 823
Hulusi Akar: "Türkiyəsiz ...Qafqazda hansısa problemi həll etmək mümkün deyil"

“Türkiyə olmadan Orta Şərqdə, Aralıq dənizində, Balkanlarda, Qafqazda hansısa problemi həll etmək mümkün deyil”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sabah”a müsahibəsində deyib.

O, bildirib ki, Türkiyə dünyada və regionda böyük və güclü dövlətdir:

“Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə çox ciddi addımlar atmışıq. Beynəlxalq münasibətlər sistemində Ankara artıq ciddi faktordur. Biz, 7 iqlim, 3 qitəyə sülhü, sabitliyi gətirmiş atalarımızdan ilham alırıq. İndi Türkiyənin Asiyada, Afrikada çox ciddi təsiri, layihələri var”.

H.Akar həmçinin ölkəsinin təhlükəsizliyi üçün təhdidlərin olduğunu da bəyan edib:

“Gizli sanksiyalardan, iqtisadiyyat sahəsində atılan addımlara qədər müxtəlif məqamları sadalamaq olar. Bizə birbaşa təhdid yaradan isə terror qruplaşmaları, o cümlədən PKK-dır. 40 ildir qarşımızı kəsməyə çalışırlar və artıq məsuliyyətimiz də artıb. Öhdəliklərimizi yerinə yetirmək üçün gecə-gündüz çalışırıq. Uzun illərdir başımıza bəla olan terrorçularla mübarizə aparmaqda, onların kökünü kəsməkdə qətiyyətliyik”.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçulardır:

“Bəziləri terrorçulara qarşı mübarizəmizi etnik, dini mübarizə kimi təqdim etməyə cəhd göstərirlər. Kürdlər bizim qardaşlarımızdır, yüz illər boyu birlikdə yaşadıq, çörəyimizi, suyumuzu paylaşdıq, cümhuriyyəti birlikdə qurduq. Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışırıq. Biz, bütün qonşularımızın sərhədlərinə, ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq. Amma qonşularımızdan da eyni anlayışı, terrorla mübarizəmizə mane olmamalarını gözləyirik. Biz, mübarizəmizi davam etdirəcəyik. Terror qruplaşmalarının “rəhbər şəxsləri” artıq 2 gecə ard-arda eyni yerdə yata bilmir. PKK, YPG heç zaman kürdlərin təmsilçisi olmayıb. Necə ki, İŞİD də müsəlmanları təmsil etmir”.

O, vurğulayıb ki, Türkiyənin sərhədləri lazımi səviyyədə qorunur:

“Sərhədlərimizdə təhlükəsizliyimizi təmin etmək üçün xüsusi cihazlar, o cümlədən sensorlar var. Hətta sərhəddən pişik və ya it belə keçəndə xəbərimiz olur. Sərhəd yollarımız da yaxşı vəziyyətdədir. Lazım gələndə PUA-larla da müdaxilə olunur. Hər kəs bunu görməli, bilməlidir. Türkiyə Silahlı Qüvvələrinin inventarında bütün lazımi silahlar var.
Artıq “TCG Anadolu” gəmimiz, İMECE peykimiz var və bunlar sırf müharibə məqsədli deyil. Onlar sülh vaxtında da fəaliyyət göstərəcək. Həmin texnikaların həm də humanitar funksiyası var. Əvvəl tüfənglərimizi də xaricdən alırdıq. İndi bütün yüngül silahlarımızı özümüz istehsal və ixrac edirik”.


H.Akar Türkiyə və Yunanıstan arasında gərginliyin azaldılması üçün atılan addmlardan da danışıb:

“Yunanıstanlı həmkarımla müzakirəmiz konstruktiv keçdi. Bütün problemləri müzakirə etdik və gördük ki, hər iki tərəf problemlərin həllində maraqlıdır. İnşallah, gələcəkdə də problemlərin həlli üçün çalışacağıq”.

O, qeyd edib ki, güclü Türkiyə güclü NATO deməkdir və hər kəs də bunu bilməlidir:

“Alyansın Baş katibi Yens Stoltenberq obyektiv insandır, fikirlərimizi təsdiqləyir. Ümumiyyətlə, indi Türkiyə böyük gücdür. Rusiya və Ukraynanı da masa arxasına oturtduq. “Taxıl dəhlizi”nin təşəbbüskarı olduq. İndiyə kimi 28 milyon tondan çox taxıl dünya ölkələrinə ixrac olunub. Bunu biz bacardıq. Biz, “Taxıl sazişi”nin müddətinin uzadılmasını istəyirik. Əgər bu olmasa, yəni, müqavilənin müddəti uzanmasa, taxıl qiyməti sürətlə artacaq. Həmçinin, Afrikada aclıq olacaq. Sonra siyasi qeyri-sabitlik yaranacaq. Yəni, həm beynəlxalq, həm də regional təhlükəsizlik təhdidləri yaranar. Ona görə bu sazişin müddətinin uzadılmasını istəyirik”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO