Böyük dövlətlər arasında gərginlik bütün zamanların ən yüksək həddinə çatıb.
Bu barədə BMT baş katibi Antonio Quterreş açıqlama verib.
“Biz, görünməmiş və bir-biri ilə əlaqəli böhranlarla üzləşirik. Çoxtərəfli sistem BMT-nin yaranmasından bəri ən böyük gərginlik altındadır. Böyük dövlətlər arasında gərginlik tarixi zirvəyə çatıb”, - deyə, Quterreş vurğulayıb.