"Türkiyə prezidentinin səhhəti qaydasındadır və hər şey kontrol altındadır."Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın deyib.
O, ölkə prezidentinin səhhətinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, ötən gün uzun fasilədən sonra yenidən canlı efirə çıxan Ərdoğanın səhhətində qeyri-normallıq sezilib və o, fasilədən sonra efirə dönərkən mədəsinin soyuqladığını deyib.
Bu hadisədən sonra Kalın “Twitter” hesabında
"Allaha şükür, prezidentimizin səhhəti yaxşıdır" , - deyə, yazıb.
Becan.az