Boymadərən bitkisinin faydaları

22:13 26.04.2023 4 544
Boymadərən bitkisinin faydaları

Bu gün dünya alimlərinin daha dərindən və geniş bir şəkildə araşdırdığı bitkilərdən biri də boymadərəndir. Onun təsir sferası o qədər genişdir ki, aparılan araşdırmalar yeni-yeni təsiredici maddələrin aşkar olunması və boymadərənin tətbiq sahəsinin genişlənməsi ilə nəticələnir.

Avropada, Amerikada və eyni zamanda, Azərbaycanda geniş yayılmışdır.

Əsasən bağ, bostan sahələrinin ətraflarında daha çox bitir. Azərbaycanda ağ və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də, tibdə ağ boymadərən tətbiq olunur.

Boymadərən otunun tərkibində efirli birləşmələr, xüsusən də azulen, sineol, limonen, borneol, xamazulen daha çoxdur. Bunların sayəsində bitki bakterisid və iltihab əleyhinə təsir göstərir.

Qadın xəstəliklərində

Boymadərən qadınlarda aybaşı pozulmalarının qarşısını alır, pozulmuş sikli bərpa etmək üçün ən təsirli vasitə kimi istifadə olunur. Uşaqlıq yolundan iltihabi axıntıların və uşaqlıq boynu eroziyalarının müalicəsində istifadə olunur. Bu məqsədlə boymadərən dəmləməsi və ya 10%-li sulu dəmləməsi həm daxilə qəbul olunur, həm də uşaqlıq yolu şırınqa şəklində yuyulur. Menopauza dövründəki sıxıntıları aradan götürmək üçün dəmləməsi istifadə olunur. Qadın cinsiyyət sistemi ilə bağlı bütün iltihabi xəstəliklərdə dəmləməsi tətbiq edilir.

Dəri xəstəliklərində

Boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik edən mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir. 50 qram boymadərən 500 ml litr suda dəmlənir və ilıq şəkildə tənziflə bütün bədənə sürtülür. Yaxud, 200 qram bitki 3 litr suda dəmlənir, hamam vannasına doldurulmuş isti suya əlavə edilir və 20 dəqiqə vanna qəbul edilir. Belə prosedur dəridə olan parazitləri məhv edir, pis qoxuları aradan qaldırır və dərini təravətləndirir.

Mədə-bağırsaq xəstəliklərində

Qida borusu iltihabında, qastrit, kolit, qeyri-spesifik bağırsaq xorası kimi xəstəliklərdə boymadərən çayının qəbulu iltihab əleyhinə vasitə kimi əla nəticələr verir. Xəstələri uzun sürən hormonal müalicədən uzaq tutmaq üçün çox effektiv, həm də yan təsirləri olmayan bir vasitədir. Qeyri-spesifik bağırsaq xoralarında bir hissə boymadərən, bir hissə gülümbahar, bir hissə quşəppəyi bitkilərinin qarışığından hazırlanmış çay daha yaxşı nəticə verir. Tərkibi efirlərlə zəngin olduğundan çox təsirli yelqovucu və köp əleyhinə vasitə hesab olunur. Biz, Herba Flora firması olaraq boymadərənin efirli birləşmələrini ayırıb boymadərən ərağı hazırladıq, bu içki mənşəyindən asılı olmayaraq bütün köpmələr zamanı əvəzolunmazdır. Onu da qeyd etmək istəyirəm ki, son illərdə Avropada da bu içki geniş istifadə olunmağa başlayıb. Yeməkdən əvvəl içildikdə iştahaartırıcı təsir göstərir.


Qurd xəstəliklərində

Boymadərənin 10%-li dəmləməsi qurdqovucu kimi içilir. Bu məqsədlə bir həftə müddətində gündə üç dəfə yeməkdən əvvəl bir stəkan dəmləmə içilir.

Bronxitdə

200 qram boymadərən otu üyüdülərək toz halına salınır, üzərinə yarım kiloqram bal əlavə olunub məcun hazırlanır. Bu məcundan gündə 3 dəfə, 1 çay qaşığı yeməkdən əvvəl yeyilir.

Səpgilərdə, sızanaqlarda, demodeksdə

1 xörək qaşığı boymadərən 1 stəkan suda dəmlənilir, soyudulur, səpgi yerləri gündə 4-5 dəfə dəmləmədə isladılmış pambıqla silinir. Demodeks gənələrinə öldürücü təsir göstərir. Bu nisbətdə hazırlanmış dəmləmə yaraların müalicəsində də effektlidir.

Boymadərən otunun dəmləməsi böyük qan dövranı pozulmalarında da faydalıdır, əl və ayaqlarda olan soyuqluğu və üşüməni aradan qaldırır. Ürəkbulanma, burun qanamaları, konyuktivitdə istifadə olunur.

Bütün iltihabi xəstəliklərdə sulu dəmləməsi daxilə qəbul olunur.

(Qeyd edək ki, boymadərən qan laxtalanmasını artırdığından, trombozu olanlara məsləhət görülmür - red.)

Füzuli HÜSEYNOV,
həkim-fitoterapevt
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO