Qanda şəkəri tənzimləyən bitki - ƏMƏKÖMƏCİ

22:25 13.03.2023 2 929
Qanda şəkəri tənzimləyən bitki - ƏMƏKÖMƏCİ

Hər kəsin yaxşı tanıdığı və rahat əldə edə biləcəyi əməköməci bitkisi bir sıra xəstəliyin qarşısını almağa qadirdir. Sadəcə, həkim məsləhətləri ilə, xalq təbabətindən yararlanmaq lazımdır.

Çoxillik bitki olan əməköməci uzun saplaqları, ürəkvari yarpaqları və bənövşəyi çiçəkləri olan bitkidir. Ölkəmizdə onun on növü bitir və yabanı halda əkin sahələri, tarla, bağ, meşə, yol kənarlarında, həmçinin münbit torpaqlarda rast gəlmək mümkündür. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Yaxşı bal verən bitki hesab olunur.

Həkim-fitoterapevt Fizuli Hüseynov bitkinin müalicəvi xüsusiyyətlər haqqında məlumat verərək deyir ki, əməköməcinin tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə oluna bilir. Eyni zamanda, həmin selikli maddələr qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyərək sağalmasını sürətləndirir və bu məqsədlə əməköməcinin dəmləməsi içilir:

“Əməköməci bitkisinin tərkibində olan "malvin" adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib, suyunu udmaq, oduncağını isə ağızdan tüpürmək yaxşı təsir edir. Onun otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır. Həmçinin üz dərisində olan çivzə və ləkələri aparmaq üçün stəkanın yarısına qədər təzə əməköməci doldurulur, üzərinə su tökülür, blenderlə qarışdırılır, üz gündə iki dəfə həmin qarışıqla silinir”.

Həkim-fitoterapevtin dediyinə görə, qədim Misirdə əməköməci ginekoloji xəstəliklərin müalicəsində və zəhərlənmə əleyhinə tətbiq olunub. Müasir kulinariyada da bir sıra xörəklərin hazırlanmasında istifadə edilən bitkinin tibdə tətbiq sahələri genişdir:

“Xalq təbabətində mədə-bağırsaq sisteminin qastrit, kolit kimi iltihabi xəstəliklərində, həzm pozulmaları, ishal, yanıq, dəri xəstəlikləri, yara, xora, konyuktivit və paradontoz zamanı müalicə vasitəsi kimi istifadə edilir. Əməköməcinin preparatları bronxolitik, bürüyücü və iltihab əleyhinə təsir göstərir və həmin xüsusiyyətlərinə görə yuxarı tənəffüs yollarının xəstəliklərində, xüsusilə də quru və üzücü öskürəklərdə çox faydalıdır. Bundan başqa, bitki həm də qanda şəkərin səviyyəsini azaltmaq qabiliyyətinə malikdir”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO