Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Becan.az xəbər[/b] verir ki, Ərdoğan Putinə Akkuyu Atom Elektrik Stansiyasına göstərdiyi dəstəyə görə təşəkkür edib.
Məlumata əsasən, prezidentlər Türkiyə-Rusiya münasibətləri və regional məsələlərilə yanaşı, taxıl dəhlizi sazişi ilə bağlı da müzakirələr aparıb.
Görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.
Qeyd edək ki, AES-ə yanacaq yüklənməsi ilə Türkiyə nüvə enerjisi olan ölkə statusu alacaq.