Türkiyə Milli Müdafiə Nazirliyi (MN) toqquşmaların baş verdiyi Sudandan 479 Türkiyə vətəndaşını 5 təyyarə ilə təxliyə edib.Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
O, qeyd edib ki, MN təxliyə prosesini Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirir.
Akar, həmçinin Sudanda Türkiyə Silahlı Qüvvələrinə məxsus bir təyyarəyə atəş açıldığını, həmin təyyarənin artıq ölkəyə geri döndüyünü də əlavə edib.
Becan.az