Avropa İttifaqı Sülh Fondu çərçivəsində Ukraynaya sursat alınması üçün 1 milyard avro ayrılmasını təsdiqləyib.Bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Bu vəsaitlə Ukraynaya 155 mm çaplı artilleriya mərmiləri və sifariş əsasında raketlər veriləcək. Sursatlar Aİ-yə üzv dövlətlər tərəfindən birgə alınacaq.
“Əvvəlki qərarla birlikdə biz bu məqsədlə 2 milyard avro ayırırıq, Aİ-nin Ukraynaya ümumi hərbi dəstəyini 5,6 milyard avroya çatdırırıq”, - Aİ-nin baş diplomatı Cosep Borrell bildirib.Becan.az