Atmaca / Sosial / Cəmiyyət
23:17
9.01.2023
1 353
Kəndlilər üçün “zəmanə resepti”Siqareti tərgidin; spirtli içkilərdən uzaq qaçın; şit yağı, balı, pendiri, şirinçayı xəyalınızda yaşadın; xörəyi bir çay qaşığı yağla bişirin; çay əvəzi ancaq su için; şəxsi avtomobilinizi həyətdə saxlayıb, marşrutla hərəkətlənin; həkimdən, aptekdən imtina eləyin; evdə televizor işığında oturun; qaz əvəzinə odun, gərmə-təzək yandırın, biş-düşünüzü də elə həmin sobada hazırlayın; yuxu görüb, artıq iştaha düşməmək üçün yatanda bir gözünüzü yumun; səhər yeməyini ötürmək naminə, yuxudan günorta durun; toyla yası bloklayın... Və sairə.
Hələlik bəsdi! Bunları eləsəniz, dərdləriniz xeyli yüngülləşəcək. Ən azından, maaş-pensiya azlığı, kommunal qiymətlərin və ərzağın bahalaşma sürəti vecnizə olmayacaq, yaşamaq sarıdan çəkdiyiniz peşimançılıq yarıbayarı azalacaq.
Ancaq nəzərə alın ki, bu resept işsiz-pensiyasız-maaşsız insanlara və şəhər əhlinə aid deyil. Onlar başlarına çarə qılsınlar.
BAMƏZƏ