Türkiyə Ali Seçki Şurasının sədri Əhməd Yenər Türkiyədəki prezident seçkiləri ilə bağlı açıqlamalar verib.
Sədr seçkilərin ikinci tura qaldığını elan edib.
O, açıqlamasında qeyd edib:
“Ölkədaxili qutuların 100 faizi açılıb. İştirak faizi 88-dir. Haızrda xaricdən gələn səslər hesablanır.
Rəcəb Tayyib Ərdoğan 49.51 faiz, Kamal Kılıçdaroğlu 44.5 faiz, Sinan Oğan 5.1 faizlik səsə malikdir. Heç bir namizəd seçilmə yetərliliyini qarşılaya bilməyib.
28 may tarixində ikinci tur keçiriləcək”.
Becan.az