Sahil Babayev Şeyx Əbdülün oğlunu işdən çıxartdı - Xalq artisti özbaşınalıqdan danışdı

14:03 18.05.2023 950
Sahil Babayev Şeyx Əbdülün oğlunu işdən çıxartdı - Xalq artisti özbaşınalıqdan danışdı

“Tənqidi fikirlərim yox, obyektiv mövqeyim olub. Oğlum Babəkin işdən çıxarılmasına min don geyindirirlər. Onun əmək kitabçası bu nazirlikdə açılıb. Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir olan zaman oğlum öz CV-sini verib, işə qəbul olub. Bu adam iqtisadiyyatı bitirib. 16 ildir, sakit işləyirdi. Nazirlikdə rəhbərlik dəyişəndə oğluma qarşı ciddi aqressiya başladı. Köhnə işçilərin çoxunu işdən çıxardılar. Xalqın cavan kadrları nazirlikdə işləyirlər, bunun kimə nə dəxli var? Oğlumu “gözüm-çıxdıya” saldılar. Gəlib evdə mənə dedi. Dedim ki, oğlum, mən qarışmıram. Bir gün də gəlib dedi ki, məni filiala göndərirlər. Səbəbini soruşdum. Dedi ki, cavan bir oğlan gəlib, yeznəsi nazirin müavinidir, qaynı da həmin şöbənin rəisidir, deyilənə görə, alverlə məşğuldurlar. Rəis deyib ki, şərtlərimə uyğun işləmələsiniz. Oğlum da deyib ki, mən illərdir, qanun nə deyirsə, ona uyğun işləyirəm.

Cavabında deyiblər ki, onda biz bir yerdə işləyə bilmərik, ərizəni yaz. Oğluma dedim ki, ərizə yazma. Çox sıxışdırdılar. Kadrlar şöbəsinin müdiri gündə gedib-gəlib deyib ki, ərizəni yaz. Babək mənə dedi ki, kadrların müdiri məni dəli edib. Sonra bildilər ki, Babək mənim oğlumdur, “xala xətrin qalmasın” atdılar Bakı filialına. Yenə də dedilər ki, necə deyiriksə, elə işləməlisiniz. Qanun qalıb bir tərəfdə, artıq şəxsi maraqlar işləyir. Bir az orda da işləyəndən sonra oğlumu öz sahəsinə aid olmayan başqa sahəyə atıblar. Psixoloji baxımdan Babəki işindən bezdirirdilər. Deyirdim ki, oğlum, döz, döz... Axırda dedi ki, ay ata, gərək dava edim, məni aparıb “ASAN Xidmət” deyilən şöbəyə atıblar, axı o sahənin adamı deyiləm”.


Bu sözləri açıqlamasında Xalq artisti Əbdül Mahmudov oğlu Babək Mahmudovun nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi (kiçik müşavir) vəzifəsindən azad edilməsinə münasibət bildirərkən deyib.

“Hər həftə imtahan götürürlər. Camaat hamısı ərizəsini yazıb çıxıb gedir. Bir nəfər münasibət bildirmir ki, neçə ilin işçiləri nazirlikdən niyə dağılırlar? Niyə yeni gələn biri hökm sürür, “at oynadır”? Xüsusi mülkiyyətləridir? Dədə-babalarınındır!?.

Elə vəziyyətə gətirib çıxardılar ki, Babək ərizəsini yazıb çıxdı. 16 il xidmət etdiyi nazirlik qaldı bir tərəfdə, burdan-ora, ordan-bura atdılar... İndi işdən çıxıb, oturub evdə. Ailəlidir, Allaha şükür evi də var. Sağ olsun cənab Prezident, mənə ev vermişdi, o evi verdim oğluma. Övladı da var. Hər şey normaldır. Hazırda işsizdir. Başa düşə bilmirəm, dövlət bir adama etimad göstərib ona vəzifə verirsə, ona görə verir ki, vəzifəni qohum-əqrabası arasında pay-püş etsin?..

Heç Babək mənim övladım deyil, Azərbaycan xalqının oğludur, yekə kişidir, 44 yaşı var. Ömür boyu nazirlikdə işləyib. İndi nə oldu ki, başım çıxmır... Şeyx Əbdül Heydər Əliyevə qarşı təzyiq başlayanda sinəsini qabağa verib Naxçıvana gedib-gəlirdi. İlk seçkidə rayonlarda bizə hücum etdilər, mən Heydər Əliyevə vəkillik edəndə bunlar harda idilər?

Mənim etdiyimin bir faizini bunlar etməyib. Cənab Prezident İlham Əliyevin də ilk prezident seçkisində ictimai əsaslarla vəkil olmuşam, təbliğatını aparmışam. Onda bunlar harda idilər?

İndi “hazırın naziri” gəlib oturublar. Mənim uşağım pis, əxlaqsız, mədəniyyətsiz, tərbiyəsiz, yararsız olsa idi, deyərdim “hə”. Ay nazirlər, ay icra başçıları, bu Şeyx Əbdül, o da siz, gəlin müqayisə edək, görək bu xalqa, ideologiyaya nə xidmətləriniz var? Sahil Babayev kimdir, Şeyx Əbdül kimdir - xalqdan soruşun. Bunlar nazirlikdə nə hoqqdan çıxırlar, istədiklərini edirlər. Mənim xidmətim var, onların nəyi var? Niyə Prezidentə qarşı sosial gərginlik yaradırsınız, vəzifə verib, gedin işləyin də. Bunu deyəndə pis adam oluram, bunlar edəndə yaxşı adam?

Oğlum iş tapmasın, gedib nökərçilik etsin, bunun marağında deyiləm. Mən ideologiyamızın, dövlət qanunlarının şəxsi müstəvidə pis günə qoyulmasına qarşı danışıram. Belə getsə, cənab Prezidentə müraciət edəcəyəm, bir neçə icra başçısı ilə birgə naziri məhkəməyə verəcəyəm. Sənin nə ixtiyarın var ki, insanların taleyini şəxsi müstəvidə həll edirsən? Sən kimsən? Neçə il camaatı zəhmət çəkib işlədiyi yerdən çıxarırsan, gətirib “konfet satanları” doldurursan nazirliyə.

Sahil Babayevin atası ilə uzun illər münasibətim olub. Hətta indiyə kimi dözdüm. Mətbuat katibi Fazil Talıbova da demişdim ki, Sahil müəllimə de, belə şey etməsin, ayıbdır, yaxşı deyil. Fazildən xəbər çıxmadı. Kimi hara qoyurlar, olur hakimi-mütləq, əlahəzrət, toxunulmaz... Bu nə deməkdir?

Çox gözlədim, bunlardan xəbər çıxmadı. Rəhmətlik Rafiqlə haqq-salama görə gözlədim, çox yaxşı münasibətimiz var idi. Fikirləşdim ki, oğlu Sahil Babayev də buna hörmət qoyar, qoymadı...”, -
Xalq artisti bildirib.(Pravda.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO