Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.Xəbər verilir ki, bu barədə o, hökumətin iclasında bildirib.
Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb və görüşün mayın 25-də keçirilməsinin planlaşdırıldığını söyləyib.
Qeyd edək ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi də planlaşdırılır.
Becan.az