İranda daha 3 nəfər edam olunub.
Xəbər verilir ki, Saleh Mirhəşmi, Məcid Kazemi-Şeyxşabani və Səid Yaqoubi Kürdsəflinin edam hökmü bu gün səhər saatlarında icra edilib.
Onlar “İsfahan evi” terror aktını törətməkdə ittiham olunublar.
İsfahanın Xanə məhəlləsinin Mühafizə Meydanında törədilən silahlı terror hücumunda 3 nəfər təhlükəsizlik qüvvəsi - İsmayıl Çiraqi, Möhsün Həmidi və Məhəmməd Kərimi öldürülmüşdü.
Məlumata görə, Avropa İttifaqı etirazlarda iştirak etmiş 3 nəfərin edamına görə İrana yeni sanksiyalar tətbiq edəcək
Becan.az