"Türkiyənin digər vilayətlərində inşa ediləcək sürətli dəmiryol xətləri Bakı-Tbilisi-Qars yoluna birləşəcək".
Xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı deyib.
O, bildirib ki, uzunluğu 405 kilometrə çatan bu xətt bir neçə vilayəti birləşdirəcək.
"Kayseri ilə də əlaqə xətti quracağıq. Qarsa qədər uzadılacaq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. Biz regionumuz üçün dünya əhəmiyyətli strateji xətt açacağıq. CHP lideri kimi Azərbaycanı kənarda qoymaqla deyil, onlarla çiyin-çiyinə bu işləri görəcəyik”, - deyə, Ərdoğan qeyd edib.
Becan.az