"Türkiyə bütün dünyaya seçki nümunəsi göstərib".
Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri dünyaya demokratik seçkilərin necə keçirilməli olduğunu sübut etdi:
“Hətta, deyərdim ki, heç vaxt Türkiyədə keçirilən seçki qədər dünyada demokratik seçki olmayıb, keçirilməyib”. Becan.az