Qədirli mövsümü - Demokratiya yoxsulluğu milli təhlükəsizlik probleminə çevrilir

20:45 28.01.2023 1 219
Qədirli mövsümü - Demokratiya yoxsulluğu milli təhlükəsizlik probleminə çevrilir

Deputat, tanınmış hüquqşünas Erkin Qədirli parlamentdəki həmkarları tərəfindən linc edilir. Onun “Azərbaycanda demokratik seçki yoxdur, özüm haqqında da demokratik yolla Milli Məclisə seçildiyimi deyə bilmərəm” - məzmunlu açıqlaması həmkarlarını hiddətləndirib. Parlamentin vitse-spikerləri Fəzail İbrahimli, Adil Əliyev, İntizam komissiyasının üzvü Fəzail Ağamalı onun haqqında hüquqi ölçü götürülməsini tələb edirlər. Başqa deputatların da Erkin Qədirlini qınayan açıqlamalarının sayı-hesabı yoxdur.

Deputat bu açıqlamasına görə hüquqi məsuliyyət daşıyırmı? Hüquqşünas Hafiz Həsənov deyir ki, yox:

“Əvvəla, Erkin Qədirli bir Azərbaycan vətəndaşı kimi öz fikrini ifadə edib. Ölkənin konstitusiyasında fikir azadlığı maddəsi var. Digər tərəfdən, o, deputat kimi öz fikirlərini ifadə edib. Qanuna əsasən, deputat fikirlərinə görə haradasa izahat verməyə borclu deyil. Erkin Qədirli haqlıdır, öz fikrini azad ifadə etməklə heç bir qanun pozuntusu törətməyib. Ona görə də həmkarlarının onun hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırışları əsassızdır”.

Məsələnin siyasi tərəfinə gəldikdə, bir qədər dolaşıq mənzərə yaranır. Erkin Qədirli müxalif ReAl Partiyasının üzvüdür. Müxalifətçi kimi onun siyasi sistemi tənqid etməsi, seçkilərin qeyri-demokratik keçirilməsi barədə dedikləri tamamilə normaldır. Amma müxalif deputatın demokratik olmayan seçkilərlə mandat əldə etməsini dilinə gətirməsi partiyasını və özünü zərbə altında qoyub. Əlbəttə, Azərbaycan reallığında seçkilərin necə keçirildiyini, deputatların hansı meyarlarla Milli Məclis üzvü seçildiyini bilməyən yoxdur. Amma ondan faydalanıb, onu tənqid etmək cəmiyyətdə və hakimiyyətdə qıcıq doğurur. Necə ki, biz az qala bütün deputatların Erkin Qədirlini linc etdiyini görürük. Parlament üzvləri “biz saxta seçilməmişik” arqumenti ilə çıxış etməkdənsə, “o mandatı həm qəbul edib, həm də niyə belə deyir” - qınağına üstünlük verirlər.

Qədirlini həm də müxalif düşərgənin “atəşi” altındadır. Əlbəttə, “Erkin həqiqəti deyir, onu dəstəkləmək lazımdır” mövqeyində olan tanınmış ictimai liderlər var. Amma “parlament saxta yolla seçilib, Erkin Qədirli də bunu qəbul edib orada əyləşib, onun nə deməyinin əhəmiyyəti yoxdur” - yazanlar üstünlük təşkil edir.

ReAl-çı deputat çətin vəziyyətdədir, partiyası belə onu ciddi müdafiə edə bilmir. İqtisadçı, partiyanın funksioneri Natiq Cəfərli “Tramp da ABŞ-dakı seçkiləri saxta adlandırmışdı” - arqumentini səsləndirib, partiyadaşını müdafiə etməyə çalışmışdı. Amma bu cümlənin onu ictimai qınaqdan daha çox hakimiyyətin qəzəbindən qorumağa xidmət etdiyini duymamaq mümkün deyil.

Bundan sonra Qədirli üçün, eləcə də ReAl Partiyası üçün çətin situasiya yarana bilər. Parlament rəhbərliyindən ünvanlanan sərt açıqlamalar göstərir ki, onun məsələsinə İntizam Komissiyasında baxılacaq, ən yaxşı halda, ona töhmət elan edəcəklər. O da mümkündür ki, E.Qədirli ya təzyiqlə, ya da könüllü deputat mandatından imtina edə bilər. Bu versiya da mümkündür ki, məsələ ictimai tənbehlə yekunlaşsın və ona toxunmasınlar.

ReAl üçün vəziyyət ona görə mürəkkəbləşir ki, partiya hakimiyyətin qurduğu yeni siyasi sistemdə təmsil olunmağa çalışır. Məlumdur ki, “Siyasi partiyalar haqqında” yeni qanunun kifayət qədər məhdudiyyətləri var, onları iqtidarın dəstəyi olmadan aşmaq mümkün deyil. E.Qədirlinin “siyasi səhvindən” sonra ReAl-a belə şans tanınacaqmı, bu, bir qədər müəmmalıdır.

Qədirli qalmaqalının fəsadlarından biri də cəmiyyətdə hakimiyyətin sərt idarəçilik qaydalarından “idarəolunan demokratiyaya” keçidi barədə gözləntiləri heçə endirə bilər. Çünki bir nəfərin sistemin oyun qaydalarından cəmi bir dəfə kənara çıxması iqtidarı xoşagəlməz duruma salır. Erkin Qədirlinin iki cümləsi Milli Məclisin rəhbərliyini, hakimiyyəti dəstəkləyən bütün ictimai-siyasi kəsimi hərəkətə gətirirsə, iqtidar rəhbərliyi daha sərt qaydalar haqqında düşünə bilər.

Müsbət məqamlara gəlincə, ReAl-çı deputat qısa bir açıqlama ilə Azərbaycanda siyasi azadlıqlar problemini gündəmə gətirdi. Ölkədə azad, şəffaf seçkilərin vacibliyi barədə ictimai debatların meydan qazanmasına şərait yaratdı. Bu, ölkənin ən fundamental problemidir. Ölkədə əksər çatışmazlıqlar bilavasitə və dolayısı ilə azad seçkilərin keçirilməməsində qaynaqlanır. İcra hakimiyyətinə parlament nəzarətinin olmaması, məhkəmə hakimiyyətinin bərbad durumu, vətəndaş cəmiyyətinin, medianın zəiflədilərək sıradan çıxarılması korrupsiyaya, məmur özbaşınalığına, ictimai sərvətlərin talanmasına yol açıb. Ölkədə faktiki heç bir seçkili qurum yoxdur, cəmiyyət-hakimiyyət müqaviləsi pozulub və qarşılıqlı razılaşma, harmoniyanı diktə və itaət əvəzləyib. Cəmiyyətin böyük kəsimi bu reallıqların ölkənin milli təhlükəsizlik probleminə çevrilməsinin fərqində deyil. Amma aktiv kəsim görür ki, Azərbaycanın demokratiyadan yoxsulluğu Qarabağ probleminin həllində belə dövlətin əl-ayağına dolaşır, ona ciddi mane olur. Bu gün Ermənistan rəhbərliyi, Qarabağdakı hərbi xuntanın başçıları, onların havadarları Azərbaycanda insan haqlarının pozulduğunu, demokratik idarəçiliyin olmadığını əldə bayraq ediblər. Onların bu barədə danışmağa mənəvi haqlarının olmadığı başqa mövzudur, amma biz həlli özümüzdən asılı olan bu problemləri həll etməməklə dövlətə, cəmiyyətin siyasi inkişafına, onun gələcəyinə böyük zərbə vururuq. Bu barədə düşünmək zamanıdır!…(pressklub)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}